Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

“Boko Haram” yaraqlıları 40 nəfəri girov götürüb

Yanvar 03
18:15 2015

Nigeriyada “Boko Haram” terror qruplaşmasının silahlıları ölkənin şimal-şərqindəki Malari yaşayış məntəqəsinə hücum edərək azı 40 nəfəri girov götürüblər.

“Sələf Xəbər”-in APA-ya istinadən verdiyi xəbərə görə, girovların əksəriyyəti 15-23 yaşlı gənc oğlanlardır.

Qeyd edək ki, “Boko Haram” silahlıları ötən il ərzində yüzlərlə gənci girov götürüblər. Keçən ilin aprelində silahlılar Çibok şəhərindəki liseyə hücum edərək 200-dən çox məktəbli qızı girov götürüblər.

 Sələf Xəbər: Uca Allah buyurur: “Allaha və Onun Elçisinə qarşı müharibə edənlərin və yer üzündə fitnə-fəsad törətməyə səy göstərənlərin cəzası ancaq öldürülmək və ya çarmıxa çəkilmək, ya əl və ayaqlarını çarpazvari kəsmək və yaxud da yaşadıqları yerdən sürgün edilməkdir. Bu, onlar üçün dünyada bir rüsvayçılıqdır. Axirətdə isə onları böyük bir əzab gözləyir.” (Qurani-Kərim, “Maidə” surəsi, 33-cü ayə)

“Allaha və Onun Elçisinə (Allahın ona salavat və salamı olsun) qarşı vuruşmaq adı altında Ona və Onun Elçisinə (Allahın ona salavat və salamı olsun) bəslənən düşmənçilik münasibəti və həmçinin kafirlik, qətllər, özgəsinin malını mənimsəmə və ya yollarda quldurluq etmə vasitəsilə yer üzündə fitnə-fəsad yaymaq nəzərdə tutulur.

Yaxşı məlumdur ki, bu şərəfli ayə şəhərlərdə və ya kimsəsiz yerlərdə insanlara basqın edən, onların malını zəbt edən, onları öldürən, insanların ürəklərinə qorxu salan, onları yollarla səfərə çıxmaqdan əl çəkməyə məcbur edən yolkəsən quldurlar haqqında nazil olmuşdur.”

Digər xəbərlər