Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

“Boko Haram”ın sadiqlik andını İŞİD qəbul edib

Mart 13
16:26 2015

“Boko Haram” silahlılarının internetdə paylaşdıqları videoçarxda əks olunan terrorçular İŞİD terror xəvaric qruplaşmasına tabe olacaqlarına and içiblər.

İŞİD terror xəvaric qruplaşmasının nümayəndələri Nigeriyanın “Boko Haram” qruplaşmasının sadiqlik andını qəbul edib.

“Sələf Xəbər” “A24.az”-a istinadən xəbər verir ki, bu barədə “Frans Press” məlumat yayıb.

Məlumata görə, nigeriyalı terrorçuların sadiqlik andının qəbul olunduğunu qruplaşmanın mətbuat-katibi Məhəmməd əl Ədnani bildirib.

Xatırladaq ki, bir neçə gün əvvəl Nigeriyada fəaliyyət göstərən “Boko Haram” terror qruplaşmasının silahlıları İŞİD terror xəvaric qruplaşmasına sadiq qalacaqlarına and içiblər.

Videoçarxda ərəb dilində səslənən bəyanatın nigeriyalı terrorçuların lideri tərəfindən dəstəkləndiyi qeyd edilir.

Qeyd edək ki, bundan əvvəl Yaxın Şərq, Şimali Afrika, Əfqanıstan və Pakistanda fəaliyyət göstərən bir neçə terror qruplaşmaları İŞİD terror xəvaric qruplaşması ilə birləşib.

Sələf Xəbər: XX əsrin məşhur İslam alimi İbn Useymin (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, ağıl sahibi olan heç kəs, xüsusilə, dindarlar, belə işlərdən (terror aktları) məmnun ola bilməz, bir halda ki, bu Qurana və Sünnəyə ziddir. Bunda İslam üçün həm daxildən, həm də xaricdən ziyan vardır. Bu böyük cinayətdir, lakin ədalətsizlər müvəffəqiyyət qazanmayacaqlar. Tezliklə, Allahın izni ilə, onlar öz əməllərinin qarşılığını bütünlüklə alacaqlar. Elm tələbələrinin bu yolun, xəvariclərin yolunun iyrənc yol olduğunu insanlara izah etmələri mütləqdir”. (“Fatava əş-şariyyə fi kadayyə əl-asriyyə” 47)

Digər xəbərlər