Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Böyük Alimlər Heyəti: İslam terroru haram və yer üzündə fəsad törətmək hesab edir

İyun 15
20:15 2016

Böyük Alimlər Heyətinin bəyanatında deyilir:
Həqiqətən İslam şəriəti terrorçuluğu haram və yer üzündə fəsad hesab edir. Bu kimi əməllər nifrəti təbliğ edən irqçi dəstələrə xidmət edir. Bu kimi əməllər cəmiyyətdə nifrət və ədavəti yaymaqla hüquqi və nizamlı cəmiyyətin yaranmasına əngəl olur.

Bu gün yayımlanan bəyanatda bildirilik ki, Qurani-Kərim və Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) səhih hədisləri terrorçuluğu rədd edir. Dinimiz dinc insanların hüququnu müdafiə etməkdədir. Belə ki, İslamda bir insanı öldürmək bütün insanları öldürmək kimi qiymətləndirilməkdədir.

Bu gün bütün dünya terrora və terrorçulara qarşı müharibə elan etmişdir. Bir çox müsəlman ölkələr terrorun qurbanına çevrilib. Bunun bariz nümunəsini Suriyada görmək olar. Hər gün Suriya xalqının başına göydən güllə və bomba yağır. Dünya ictimaiyyəti isə bu vəhşiliyin dayandırılması üçün qəti addımlar atmır.

Böyük Alimlər Heyəti bir daha bildirir ki, terror şərdir və bütün dünya ondan qorunmaq və onu yox etmək üçün həmkarlıq etməlidir. O cümlədən terrorun səbəblərini və vasitələrini də dəf etmək lazımdır.

Bu gün insanlar arasında ədaləti, düzgünlüyü və başqalarına hörməti təbliğ etmək üçün dünya dövlətlərinin imkanı vardır. Belə olarsa dünyada salamatlıq və hər bir xalqın arzuladığı rifah hasil olar. Biz irqçilik çağırışlarını rədd etməliyik. Çünki bu kimi çağırışlar ümumdünya əminamanlığına xələl gətirir.

Sələf Xəbər: XX-ci əsrin görkəmli islam alimi Əbdüləziz bin Bəzz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terroraktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salamı olsun) həqiqi iman olmayan kəslər edə bilər!”(“Fətava İbn Baz” 7/120).

Digər xəbərlər