Böyük Alimlər Heyəti müsəlmanları İsrailə qarşı ciddi movqe sərgiləməyə çağırır
1. 039 dəfə baxılıb
Səudiyyə Ərəbistanı Böyük Alimlər Heyəti İsrail qüvvələrinin əl-Əqsa məscidini ələ keçirməsi üçün etdiyi həmlələri, məsciddə namaz qılanlara gözyaşardıcı qazlarla hücum etməsini kəskin pisləyən bəyanat yayıb. Məscidə və həyətyanı sahəsinə atılan gözyaşardıcı qaz nəticəsində bir neçə insan boğulma təhlükəsinə məruz qalmışdır. Güc qüvvələri heç nədən çəkinmədən, heç nəyi nəzərə almadan məscidi və ətrafını namazqılanlardan təmizləmək üçün rezin güllələrdən də istifadə ediblər.
“Sələf Xəbər” Alarabiyya.net-ə istinadən məlumat verir ki, bəyanatda deyilir: “İşğalçı Sionist qüvvələrin müsəlmanların müqəddəs məkanlarına qarşı törətdikləri və müsəlmanları hədəf aldıqları cinayətkar addımları bütün dünya müsəlmanları, müsəlman dövlətləri, insan hüquqlarını qoruduğunu iddia edən təşkilatlar fələstinli qardaşlarımıza qarşı törədilən sionist təcavüzləri kəskin qınamalı, sərt mövqe göstərməlidirlər. Axı əl-Əqsa məscidi müsəlmanların ilk qibləsi və Peyğəmbərimizin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) İsra etdiyi yerdir”.
Alimlər heyətinin baş katibi əl-Əqsa məscidinin tezliklə azad edilməsini və müsəlmanların üçüncü müqəddəs məscidi kimi fəaliyyət göstərməsini arzu etmişdir.
Sələf Xəbər: Uca Allah İslamı alçaltmağa çalışanlar barəsində buyurur: “Şübhə yoxdur ki, Allahı və Onun Elçisini incidənləri Allah həm bu dünyada, həm də Axirətdə lənətləmiş və onlara alçaldıcı bir əzab hazırlamışdır”. (Qurani-Kərim, “Əhzab” surəsi, 57-ci ayə)
Uca Allah buyurur: “Dəlillərimizdən bəzisini ona (Peyğəmbərə) göstərmək üçün Öz qulunu gecə vaxtı Məscidul-Həramdan ətrafına xeyir-bərəkət verdiyimiz Məscidul-Əqsaya aparan (Allah) pak və müqəddəsdir. Həqiqətən, O, Eşidəndir, Görəndir”. (Qurani-Kərim, “İsra” surəsi, 1-ci ayə)
“Uca Allah Onun böyük möcüzələri və əzəmətli lütfü şəklində təzahür edən kamilliyini və əzəmətini vurğulayır. Belə möcüzələrdən biri Məhəmməd peyğəmbərin (Allahın ona salavat və salamı olsun) gecə vaxtı dünyanın ən şərəfli məscidi olan Məkkədəki Məscidul-Həram (Hörmətli məscid – tərc.) məscidindən, dünyanın möhtərəm məscidlərindən və peyğəmbərlərin sığınacağı olan Yerusəlimdəki əl-Əqsa məscidinə səyahətidir. Bir gecə ərzində Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) çox böyük bir məsafə qət etmiş və elə həmin gecə geri qayıtmışdır. Allah onun doğru yola bağlılığını, onun elmini artırmış və ona səbatlıq və haqqı batildən ayırmaq qabiliyyəti öyrətmiş möcüzələr göstərmişdir. Bu torpağın üstünlüklərindən biri isə, Məscidul-Həramdan və Mədinədəki Peyğəmbər məscidindən başqa dünyadakı bütün məscidlərdən üstün olan əl-Əqsa məscidinin özüdür. Allah möminlərə bu məscidi ziyarət etmək və orada namaz qılmaq məqsədilə səyahətə getməyi buyurub. Allah, həmçinin bu torpağı Öz şərəfli peyğəmbərləri, seçilmiş qullarının məskəni olaraq seçmişdir”. (Bax: “Təfsir Əs-Saadi”)