Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Böyük Alimlər Məclisi: bu hadisə çirkin bir cinayətdir

Noyabr 05
15:00 2014

“Sələf Xəbər” alarabiya.net saytına istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı Krallığının Böyük Alimlər Məclisi Əhsa şəhərində baş vermiş qanlı hadisəni qəti şəkildə pisləyib.

Məclisin üzvü doktor Fəhd ibn Sad əl-Məcid bildirib ki, bu hadisə həddi aşmaqla günah etmək və çirkin bir cinayətdir. İslamda hörmət edilməsi zəruri olan şəxslərə qarşı törədildiyi üçün onu edənlər ən ağır cəzanı almalıdır. Bu əməl, məsum cana, əmin-amanlığa və dinc vətəndaşlara qarşı təcavüz sayılır. Allahın haram buyurduğuna cürət edib, qullarına zülm edərək müsəlmanları qorxutmaq ən çirkin və ən böyük cinayətdir. Allahın əzabından, qəzəbindən və edilən qarğışlardan vay olsun ona”.

Xatırladaq ki, noyabrın 3-ü Səudiyyə Ərəbistanının şərqində Məhəmməd Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) nəvəsi İmam Hüseynin (Allah ondan razı olsun) qətlinin ildönümü münasibətilə şiələrin keçirdiyi kütləvi matəm yürüşü vaxtı avtomobillərdə olan üç maskalı şəxs odlu silahlardan izdihama atəş açıb. Hücum nəticəsində 5 nəfər ölüb, 9 nəfər yaralanıb, İTAR-TASS yazır.

“…Kim bir adamı öldürməyən və ya yer üzündə fəsad törətməyən bir şəxsi öldürərsə, sanki bütün insanları öldürmüşdür.”

Müqəddəs Quran, “Maidə” surəsi, 32-ci ayə

Digər xəbərlər