Böyük hərbi əməliyyatın başlayacağı tarix açıqlandı
1. 222 dəfə baxılıb
Türkiyə ordusunun əsas hədəfi PKK deyil, İŞİD terror xəvaric qruplaşmasıdır.
Türkiyə ordusunun PKK və İŞİD terror xəvaric qruplaşmasına qarşı böyük hərbi əməliyyatlarının başlayacağı tarix açıqlanıb.
“Sələf Xəbər”in ANS PRESS-ə istinadən məlumatına görə, bu barədə “Radikal” qəzetində nəşr edilən məqalədə deyilir.
Qəzet Türkiyə Silahlı Qüvvələrində olan yüksək rütbəli mənbəsinə istinadən xəbər verir ki, PKK düşərgələri bombardman edilsə də, bu, Türkiyə ordusunun əsas hədəfi deyil.
“PKK son hərbi əməliyyatlarla hədələnir, əsl hədəf isə İŞİD terror xəvaric qruplaşmasıdır. Terrorçulara qarşı böyük hərbi əməliyyatların başlanması üçün ABŞ döyüş təyyarələrinin Türkiyədə yerləşən “İncirlik” hərbi bazasına gəlməsi gözlənilir. 30 ədəd F-15, F-16 qırıcısı Böyük Britaniyadan və Almaniyadakı hərbi bazalardan Türkiyəyə gələcək. Qırıcılar gələn kimi hərbi əməliyyatlara strart veriləcək”, – deyə yüksək rütbəli mənbə bildirib.
Bundan başqa qəzet yazır ki, ordunun terrorçulara qarşı böyük hərbi əməliyyatları yeni Baş Qərargah rəisinin təyin olunması və onun qərar verməsi ilə başlanacaq.
“Əməliyyatlar iki həftə ərzində də başlaya bilər. Bu qərarı Necdet Özelin yerinə gələcək yeni Baş Qərargah rəisi verəcək. Bəs, niyə uzadılır? Çünki ABŞ-ın F-15 və F-16 döyüş təyyarələri, ən azı iki ədəd “Reaper” pilotsuz uçan aparatın “İncirlik” hərbi bazasına gəlişi gözlənilir”.
Türkiyə Silahlı Qüvvələrindəki yüksək rütbəli mənbə bildirib ki, ordu terrorçulara qarşı böyük əməliyyatların başlanmasına tam hazırdır.
Sələf Xəbər: İslam, müsəlman rəhbərlərinə və buna səlahiyyətləri çatan kəslərə, terrorçu-xəvariclərlə vuruşmağı və hətta onları öldürməyi əmr edir! IX əsrin görkəmli alimi Müslim bin Əl- Haccac (Allah ona rəhmət etsin) özünün “əs-Səhih” adlı məşhur səhih hədis toplusunda fəsillərindən birini belə adlandırıb: “Xəvaricləri öldürməyə çağırış fəsli”. Bu fəsildə, imam Müslim Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) xəvaricləri öldürməyi əmr etdiyi bir çox hədis gətirir.
Bu hədislərin birində deyilir: “Tezliklə, axır zamanlarda mənim ümmətimdə yaşca cavan və ağıldan zəif insanlar peyda olacaqdır. Onlar məxluqatın ən xeyirlisinin sözü ilə danışacaqlar. Onların imanı boğazlarından aşağı keçməyəcəkdir. Lakin İslamdan oxun ovlanmış şikardan çıxdığı kimi çıxacaqlar. Onlarla harada rastlaşsanız, öldürün. Onları öldürənə Qiyamət günü Allahdan mükafat vardır”.