Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Britaniyalı müsəlmanlar Parisdəki terroru belə qınadılar

Noyabr 20
12:32 2015

Böyük Britaniyanın ən böyük müsəlman təşkilatları Parisdə terror hücumlarını pisləyən reklam plakatlarını nümayiş etdiriblər.

Britaniya Müsəlman Şurası Paris hücumlarına qarşı etirazını bildirmək məqsədilə Eyfel qülləsinin şəkli olan və “Britaniya müsəlmanları yekdilliklə Paris hücumlarını qınayır” adlı sözlər yazılmış, ölkədə 300-dən çox müsəlman təşkilatları tərəfindən təsdiq edilən reklam plakatları nəşr ediblər.

“İŞİD” terror xəvaric qruplaşması tətrfindən törədilən vəhşiliklərin günahsız insana hücum etməyi qadağan edən İslam dini ilə heç bir əlaqəsi yoxdur”.

“Müsəlmanlar terror nəticəsində həlak olanlar üçün qanvermə aksiyası keçirirlər.
“Bizim dinin insanları terrorçu deyillər, əksinə, öz həyatı bahasına hücum edənlərə qarşıdurmağa çalışan “Stade de France” stadionun gözətçisi kimi cəsarətli insanlardır”, – The Guardian məlumat verir.

Britaniya Müsəlman Şurasının Baş katibi dr.Shuja Shafinin sözlərinə görə, Böyük Britaniya ictimaiyyətinin müsəlmanların Parisdə baş verən terror aktını qınadıqlarını eşitməsi vacibdir.

Sələf Xəbər: Şeyx Saleh əl-Luheydan: Fransada baş verən terror hadisəsinə münasibət

Digər xəbərlər