Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Brüsseldə Səlimiyə məscidi açıldı

İyun 09
16:26 2015

Anadolu və Avropa memarlığının bir sintezi olan Brüssel Səlimiyə məscidi və təhsil mərkəzi dualarla ibadətə açılıb.

“Sələf Xəbər” Anadolu Agentliyinə istinadən bildirir ki, Brüsseldə memar Şəfiq Birkiyə tərəfindən inşa edilən Səlimiyə məscidi açılışa gələnərin marağına səbəb olub.

Aralarında çox sayda Avropa Birliyi binası da daxil olmaqla yüzlərlə arxitektura layihəsinə imza atan türk memar Şəfiq Birkiyənin hazırladığı məscid Saint-Josse Bələdiyyəsi ərazisində 2700 kvadrat metr sahə üzərində, 5 mərtəbədən ibarət inşa edilib. 750 nəfərlik tutuma sahib məscidin memarlıq quruluşu Avropa və Türk arxitektura tərzinə yaxındır.

Saint-Josse Bələdiyyə başçısı Emir Kır açılışda çıxış edərək bildirib ki, məscid şəhərin xüsusiyyətləri və bölgə əhalisinin tələbləri nəzərə alınaraq inşa edilib.

Bələdiyyə başçısı onu da vurğulayıb ki, hər kəslə məşvərət edərək və razılığa gələrək ən yaxın qonşuları proyektə cəlb etməklə inşaatın tamamlanmasında böyük bir müvəffəqiyyət əldə olunmuşdur.

Sələf Xəbər: Allah-Təala məscidlərin tikilməsini, abadlaşdırılmasını və onlara ehtiramla yanaşılmasını buyurmuşdur. Uca Allah buyurur: “Bu nur Allahın, tikilib ucaldılmasına və içində Öz adının zikr edilməsinə izn verdiyi evlərdədir. Orada səhər-axşam Ona təriflər deyirlər”. (Qurani-Kərim, “Nur” surəsi, 36-cı ayə)

Uca Allah buyurur: “Şübhəsiz ki, məscidlər Allahındır. Allahdan başqa heç kəsə dua etməyin!” (Qurani-Kərim, “Cin” surəsi, 18-ci ayə)

Digər xəbərlər