Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Bu dəfə vəhşilik növbəsi Talibanda idi

Sentyabr 27
15:12 2014

“Sələf Xəbər”-in Aksam xəbər portalına istinadən məlumatına görə, Taliban terror qruplaşması Əfqanıstanın Qazni vilayətinin Ajrestan bölgəsini öz nəzarəti altına alıb.

Şəhərin rəsmi nümayəndəsi BBC-yə açıqlamasında bildirib ki, qadınlar daxil olmaqla 70-ə yaxın adam yaşadıqları kəndlərdən çıxarılaraq öldürülüb. Onlardan 15 nəfərin başlarının kəsildiyi məlum olub.

Taliban terror qruplaşması bir həftə davam edən qarşıdurmalardan sonra Ajrestan bölgəsini ələ keçirə bilib. Əfqanıstan təhlükəsizlik qüvvələri bölgəni geri almağa çalışır, toqquşmalar davam etməkdədir.

Əfqanıstanın cənub-şərqini paytaxt Kabil ilə birləşdirən yol Qazni vilayətindən keçir. Buna görə Ajrestanın Taliban terror qruplaşmasının nəzarətinə keçməsi ölkənin şərqində bir çox bölgənin də təhdid altında olması deməkdir.

Taliban terror qruplaşmasının döyüşçüləri bu ayın əvvəlində də hökumət binalarından birinə hücum edərək 10 nəfəri öldürmüşdü.

Əfqanıstan Prezidenti seçilən Əşrəf Qəni, gələn həftə and içərək vəzifəsinin icrasına başlayacaq. Amerika rəsmiləri yaxın həftələrdə Kabil hökuməti ilə yeni bir təhlükəsizlik razılaşması imzalamağa ümid edir.

Mövcud təqvimə əsasən isə xarici qüvvələr Əfqanıstandan ilin axırına çəkiləcək və təhlükəsizlik sahəsində məsuliyyət tamamilə Əfqan Ordusunda olacaq. Bununla belə son dövrdə Əfqan Ordusunun Taliban terror qruplaşmasının döyüşçüləri ilə qarşıdurmalarda verdiyi itkiləri artmaqdadır.

 Sələf Xəbər: “Əbubəkr” məscidinin dini icmasının başçısı Qamət Süleymanov Taliban hərəkatı barəsində soruşulub, cavab olaraq o deyib: “Taliblər, ümumiyyətlə, sufidirlər. Bu cərəyan “dübəndilər” adlanır. Onların sələflərə heç bir aidiyyəti yoxdur. Onların mübarizəsi cihad deyil. Bu yalnız partiyalar arasında mübarizədir. Bu partiyalardan hər birini müəyyən bir ölkə dəstəkləyir. Orada məsələ heçdə dinə deyil, siyasətə aiddir.”

Digər xəbərlər