Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Bu il Əfqanıstanda 3 mindən çox dinc sakin münaqişə qurbanı olub

Dekabr 22
15:48 2014

2014-cü ildə Əfqanıstanda dinc sakinlər arasında münaqişə qurbanlarının sayı 3188 nəfər təşkil edib.

“Sələf Xəbər”-in APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə BMT-nin Əfqanıstana yardım missiyasının hesabatında bildirilir. Məlumata görə, il ərzində 6429 dinc sakin yaralanıb. Hesabat 2014-cü ilin 11 ayını – yanvarın 1-dən noyabrın 30-dək dövrü əhatə edir.

BMT-də bu il ölən dinc sakinlərin sayının ötən ilki göstəricidən 19 faiz çox olduğunu bildiriblər. Qərb mətbuatı bu cür tendensiyanı NATO qüvvələrinin tədricən Əfqanıstandan çıxarılması və yerli təhlükəsizlik qüvvələrinin taliblərlə döyüşlərinin aktivləşdirilməsi ilə əlaqələndirir.

“…Kim bir adamı öldürməyən və ya yer üzündə fəsad törətməyən bir şəxsi öldürərsə, sanki bütün insanları öldürmüşdür.”

Qurani-Kərim, “Maidə” surəsi, 32-ci ayə

Digər xəbərlər