Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Bu il Həcc ziyarətinə daha çox şəxs gedə biləcək

Yanvar 06
15:59 2017

Səudiyyə Ərəbistanı Həcc kvotasını yüksəldir.

Selefxeber.az-ın məlumatına görə, “Trend”Səudiyyə Ərəbistanın “SPA” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Səudiyyə Ərəbistanının Həcc və ümrə naziri Muhamməd bin Salih bin Tahir Bəntən bununla bağlı Ciddədə İslam ölkələrinin rəsmiləri ilə görüşüb.

Kvotanın yüksəldilməsinə səbəb Məkkənin müqəddəs məkanlarında genişləndirmə işlərinin yekunlaşmaq üzrə olması və bəzi yerlərdə işlərin tam başa çatmasıdır.

Nazir kvotanın yüksəldilməsi səbəbindən bu il təhlükəsizlik tədbirlərinin daha da gücləndiriləcəyini deyib. Sayın nə qədər artırılacağı açıqlanmayıb.

Sələf Xəbər: Məhəmməd Peyğəmbər (ona salavat və salam olsun) demişdir: “İslam beş (əsas) üzərində qurulub: Allahdan başqa ibadətə layiq məbud olmadığına və Məhəmmədin Onun Elçisi olduğuna şəhadət etmək, namaz qılmaq, zəkat vermək, Allahın evinə həcc etmək, Ramazan orucunu tutmaq”. (Buxari).

Digər xəbərlər