Bu il Həcc ziyarətinə həmişəkindən 40% çox müsəlman gedə biləcək
1. 000 dəfə baxılıb
Səudiyyə Ərəbistanı höküməti Həcc infrastrukturlarının yenidən təşkil olunması ilə əlaqədar olaraq həcc ziyarəti üçün bu il həmişəkindən 40 faiz daha çox zəvvar qəbul etmək qərarına gəlib.
Selefxeber.az –ın Ansar.ru-ya istinadən xəbərinə görə, Səudiyyə Ərəbistanı Mədəniyyət və İnformasiya naziri Adel Al-Turaifi bildirib ki, keçən həftə hökümət artıq bu məsələ ilə bağlı qətnamə qəbul edib.
Rəsmi məlumatlara əsasən, keçən il Həcc mövsümü ilə əlaqədar Məkkə şəhərini 1 862 909 nəfər müsəlman ziyarət edib. Zəvvarların sayının 40 faiz artacağı təqdirdə isə bu ilki ziyarətçi sayı 2,6 milyon nəfərə çata bilər.
2013-cü ildə “Əl-Haram” məscidində aparılan təmir işləri ilə əlaqədar olaraq ziyarətçi sayına məhdudiyyət qoyulmuşdu. Lakin genişləndirmə işləri başa çatdıqdan sonra Müqəddəs məscidi hər saatda 48 min nəfər zəvvar rahatlıqla ziyarət edə bilir.
Ümumiyyətlə, müsəlman ölkələrinin hər biri üçün normativ olaraq 1 milyon əhali sayına 1000 nəfər zəvvar hesablanır. Bununla əlaqədar olaraq, artıq bir neçə ildir ki, İndoneziya dövləti müsəlman ölkələri arasında həcc ziyarətinə görə liderlik edir.
Sələf Xəbər: Uca Allah buyurur: “Evi (Kəbəni) ziyarət etmək insanların – yoluna gücü çatan hər kəsin – Allah qarşısında borcudur.” (Müqəddəs Quran, “Ali İmran” surəsi, 97-ci ayə).
Muhəmməd Peyğəmbər (ona salavat və salam olsun) demişdir: “İslam beş (əsas) üzərində qurulub: Allahdan başqa ibadətə layiq məbud olmadığına və Məhəmmədin Onun Elçisi olduğuna şəhadət etmək, namaz qılmaq, zəkat vermək, Allahın evinə həcc etmək, Ramazan orucunu tutmaq”. (Buxari).