Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Bu mövsümdə Məkkədə nə qədər zəvvar ümrə ziyarətində olub?

Aprel 13
16:01 2016

Məkkə şəhərinin əmiri və Mərkəzi Həcc Komitəsinin sədri Xalid Əl-Feysəl yeni mövsümdə Həcc ziyarəti zamanı Məkkəyə gələcək zəvvarları lazımi səviyyədə qarşılamaq üçün hazırlıq işlərinin başlanılmasına göstəriş verib.

“Sələf Xəbər” məlumat verir ki, Həcc Komitəsinin təşkil etdiyi iclasda yeni Həcc mövsümündə yanlışlıqlara yol verməmək məqsədilə ötən ilki Həcc hesabatı nəzərdən keçirilib.

Mərkəzi Həcc Komitəsinin məlumatına əsasən, 2015-ci ilin oktyabr ayından 2016-cı ilin aprel ayına kimi davam edən mövsümdə 3,7 milyon zəvvar Ümrə ziyarəti üçün Məkkəyə gəlib. Onlardan 2,6 miyon nəfər Ciddə hava limanında, 740 000 min nəfər Mədinə hava limanında yerə enib. Zəvvarlardan 200 000 nəfər isə quru nəqliyyatı vasitəsi ilə ziyarətə gələnlərdir.

Mənbə: Ansar.ru

Sələf Xəbər: Uca Allah buyurur: “Evi (Kəbəni) ziyarət etmək insanların – yoluna gücü çatan hər kəsin – Allah qarşısında borcudur”. (Qurani-Kərim, “Ali İmran” surəsi, 97-ci ayə)

Uca Allah, həmçinin buyurur: “Allah üçün Həcc və Ümrəni tam yerinə yetirin”. (Qurani-Kərim, “Bəqərə” surəsi, 196-cı ayə)

Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Bir Ümrə, digər Ümrəyə qədər baş verən günahların bağışlanması deməkdir”. (əl-Buxari)

Digər xəbərlər