Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Bu ölkələr də İranla diplomatik əlaqələri kəsdi

Yanvar 04
18:29 2016

Bəhreyn diplomatlara krallığı tərk etmək üçün 48 saat vaxt verib.

“Sələf Xəbər” Oxu.Az-a istinadən xəbər verir ki, Bəhreyn Tehranda Səudiyyə Ərəbistanının səfirliyinin dağıdılmasına görə İranla bütün diplomatik əlaqələrini dayandırıb.

Ölkə höküməti iranlı diplomatlara krallığı tərk etmək üçün 48 saat vaxt verib.

Qeyd edək ki, Sudan Respublikası İranın ölkədəki səfirini persona non-qrata edib.
Birləşmiş Ərəb Əmirliyi (BƏƏ) İranla diplomatik münasibətlərin səviyyəsinin aşağı salınması haqda qərar qəbul edib.
“Report” xəbər verir ki, bu haqda “Reuters” məlumat yayıb.
Məlumata görə, BƏƏ İrandakı diplomatlarının sayını azaltmaq haqda qərar qəbul edib. Bundan başqa, BƏƏ İrandakı səfirini geri çağırıb.
Sudan da İranla diplomatik münasibətləri kəsdiyini elan edib. Bu haqda ölkə prezidenti Ömər əl-Bəşirin administrasiyası bildirib.
“Sudan Respublikası İranın ölkədəki səfirini “persona non-qrata” (arzuedilməz şəxs) elan edərək, diplomatik nümayəndəliyinin bütün əməkdaşlarının ölkənin tərk etməsini tələb edib. Bununla yanaşı, Sudan İrandakı səfirini də geri çağırıb”, – deyə administrasiya vurğulayıb.

Sələf Xəbər: Uca Allahdan bütün müsəlmanların mənəvi və dünyəvi vəziyyətini düzəltməyini diləyirik. Amin!

Digər xəbərlər