Bu qadın öz malından 230 min xərcləyib 7 məhkumu azad etdi – İBRƏTLİ HADİSƏ
1. 211 dəfə baxılıb
Selefxeber.az-ın “Akhbaar24” saytına istinadən məlumatına görə Səudiyyə Ərəbistanın Ciddə şəhər sakini, adının açıqlanmasını istəməyən bir qadın 230 min riyal, 61 min dollar xərcləyərək 7 nəfər məhkumu məhkumluqdan azad etmişdir. Yerli qanunlara görə borclu insan borcunu qaytarmadıqda, borcu qaytarana qədər həbs edilir. Xeyriyyəçiliyi sevən insanlar həbsxanalarda belə insanların həbsdən azad olması üçün onların borclarını ödəyirlər.
Haqqında danışılan qadın da bu işdə yeddi nəfər məhkuma yardım edərək onların azad olmasına səbəb olmuşdur.
Sələf Xəbər: Uca Allah buyurur: “Allahdan qorxana, (Allah) çıxış yolu göstərər və ona təsəvvürünə gətirmədiyi bir yerdən ruzi bəxş edər”. (Qurani-Kərim, “ Talaq” surəsi, 2,3-cü ayə)
“Allah-Təala təqvalı qulları üçün nəinki çətin vəziyyətdən çıxış yolu yaradır, O (Pak və Müqəddəs), həm də onlara heç güman etmədikləri və almağı düşünmədikləri bir yerdən ruzi nazil edir. Allaha təvəkkül edən üçün həm mənəvi və həm də maddi işlərdə Onun himayəsi bəs edər. Buna görə mömin həmişə Allaha təvəkkül etməli, Onun köməyi və yardımına arxalanmalı və ümid bəsləməlidir ki, Rəbb ona kömək edəcək və onu ziyandan qoruyacaqdır. Doğrudan da, əgər insan Allaha təvəkkül edirsə, onda O (Pak və Müqəddəs), onun bütün işlərini ən gözəl tərzdə sahmana salır. Başqa cür necə də ola bilər? Axı insan Allahın mislində Zəngin, Güclü, Qüdrətli və Mərhəmətli Himayədarın lütfünü qazanır və O (Pak və Müqəddəs), Öz quluna hər kəsdən daha yaxındır”. (Bax: “Təfsir Əs-Saadi”)
Uca Allah, həmçinin buyurur: “Mömin olaraq yaxşı iş görən kişi və qadınlara əlbəttə gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq”. (Qurani-Kərim, “Nəhl” surəsi, 97-ci ayə)
“Xeyirxah əməllərin qəbul olunmasının zəruri şərti düzgün imandır. Bundan başqa, xeyirxah əməllər – sahibi düzgün baxışlara etiqad edilmədikcə, xeyirxah adlandırıla bilməz. Belə baxışlara aid olanlar – qeybə qəti imandır ki, mömini fərz və könüllü xeyirxah əməllər icra etməyə yönəldir. Əgər insan özündə iman və saleh əməlləri birləşdirə bilirsə, onda Allah ona mütləq gözəl həyat bəxş edir. Belə insan ruhi rahatlıq, inam əldə edir və ruhuna ziyan vura biləcək hərəkətlərə yol vermir. Uca Allah isə onun heç gözləmədiyi bir yerdən ona pak ruzi əta edir. O, dünya həyatından ayrıldıqda, Allah onu nəzərlərin görmədiyi, qulaqların barəsində eşitmədiyi və hətta insanın heç xəyalına belə gətirmədiyi hər cür nemətlərlə təmin edir. Allah onu həm bu dünyada və həm də ölümündən sonra gözəl bir tərzdə mükafatla təltif edir”. (Bax: “Təfsir Əs-Saadi”)