Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

“Buna əsla izn verməyəcəyik” – Ərdoğandan Putinə sərt xəbərdarlıq

Yanvar 23
17:49 2016

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın ölkəsinin Suriya ilə sərhədində hərbi baza qurmaq planlarına imkan verməyəcəklərini deyib.

“Sələf Xəbər” Avropa.info-ya istinadən xəbər verir ki, Cümə namazından sonra media qarşısına çıxan Ərdoğan Rusiyanın PKK-nın Suriya qolu PYD ilə birlikdə hərbi baza qurmaq planlarından danışıb.

“İraq sərhədindən Aralıq dənizinə qədər olan sərhədimizdə bir dənə də olsun hərbi bazanın qurulmasına imkan verməyəcəyik. Rusiyanın Suriyanın şimalında 100 hərbçisinin olması barədə bizdə məlumat var. PYD bizim üçün bir terror təşkilatıdır.

Baydenlə də bu barədə geniş danışacağıq. Bu prosesin içində Qətər, Almaniya, Fransa və İngiltərə də var. Suriyanın şimalında baza qurulmasına inkan verməyəcəyik”, – deyə Ərdoğan qeyd edib.

Qeyd edək ki, bu günlərdə dünyanın bir sıra nüfuzlu media orqanları Rusiyadakı rəsmi şəxslərə istinadən Moskvanın Suriya Türkiyə sərhədində hərbi baza qurmaq istədiyi haqda məlumatlar yayıb.

Sələf Xəbər: Uca Allah buyurur: “Sizə bir uğur nəsib olsa, (bu) onları kədərləndirər. Sizə bir fəlakət üz verdikdə isə, buna fərəhlənərlər. Əgər səbr etsəniz və (Allahdan) qorxsanız, onların qurduğu hiylə sizi ziyana sala bilməz”. (Qurani-Kərim, “Ali İmran” surəsi, 120-ci ayə)
“Kafirlərin müsəlmanlara bəslədiyi bu qatı nifrəti izah etdikdən və onların yaramaz keyfiyyətlərini xatırlatdıqdan sonra Uca Allah iman gətirmiş qullarına əmr edir ki, səbir etsinlər və müttəqiliyə etiqad etsinlər. Onlar bu tələbləri yerinə yetirsələr, onda düşmənlərin fitnə-fəsadı onlara heç bir ziyan vura bilməz, çünki Allah Öz elmi ilə həm kafirləri və həm də onların niyyət etdikləri cinayətləri və fitnə-fəsadları da əhatə edir. O, müsəlmanlara vəd edir ki, əgər onlar Ondan qorxsalar, onda heç kim onlara zərər vura bilməz və onlar vədə şübhə etməməlidirlər”. (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər