Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Bütpərəstlər Birmada məscidi yıxdılar – FOTO

İyun 24
17:54 2016

Birma müsəlmanları yerli bütpərəstlər tərəfindən növbəti təcavüzə məruz qalıblar. “969” və “Mabata” adlı bütpərəst qruplar cümə axşamı Arakanın şərqində qədim məscidi dağıdıb, viran qoyublar. Bu işdə bütpərəstlərə yerli polis qüvvələri də şərait yaradıblar.

Qeyd etmək lazımdır ki, Avropa Birliyi ölkə rəhbərliyini Birmalı müsəlmanlarla, yerli bütpərəstlər arasında sülh yaratmağa çağırıb.

📷

ClqrM57WgAAurU-1

ClqrL_GWAAAYhq5-1

ClqrNnIWIAERrYL-1

Sələf Xəbər: Uca Allah buyurur: “Allahın məscidlərində Onun adının zikr edilməsinə maneçilik törədənlərdən və onların viranə qalmasına çalışanlardan daha zalım kim ola bilər? Əslində onlar oraya qorxa-qorxa daxil olmalı idilər. Onlar üçün dünyada rüsvayçılıq, axirətdə isə böyük bir əzab vardır.”(Müqəddəs Quran, “Bəqərə” surəsi, 114-cü ayə).

“Ən zalım insanlar və ən qəddar cinayətkarlar – məscidlərdə Allahı zikr etməyə mane olanlar və namaz qılmağa və ibadətin digər mərasimlərini keçirməyə imkan verməyənlər, məscidləri maddi və mənəvi cəhətdən dağıtmağa can atanlardır. Məscidlərin maddi cəhətdən dağıdılması dedikdə, onların binalarının sökülməsi, onlara vurulan ziyan və onların natəmizliklərlə murdarlanması nəzərdə tutulur. Mənəvi cəhətdən dağıdılma altında isə, namaz qılanlara məscidlərdə Allahın adının zikr edilməsinə imkan verilməməkdir.” (Bax “Təfsir Əs-Saadi”).

Birma, yaxud Myanmar haqqında bu linkdən qısa məlumat əldə edə bilərsiniz.

Digər xəbərlər