Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Cahillər toplumu İŞİD elmə qarşı gəldi

Fevral 26
17:13 2015

İŞİD terror xəvaric qruplaşması bu dəfə kitabxananı hədəf aldı.

“Sələf Xəbər” Hurriyet.com.tr-yə istinadən xəbər verir ki, İŞİD terror xəvaric qruplaşması Mosulda fəaliyyət göstərən kitabxanalardan birini yandırıb.

İŞİD terror xəvaric qruplaşması Mosulda 10 mindən çox kitabın, ən az 700 nadir əlyazmasının və Osmanlı İmperiyası dövrünün çoxsaylı əsərinin olduğu Mosul kitabxanasını yandırıb.

Mosul xadimləri onları dayandırmağa çalışdıqlarını, lakin mane ola bilmədiklərini bildiriblər.

İŞİD terror xəvaric qruplaşmasının qeyri- islami olduğu səbəbi ilə yandırdığı əsərlər arasında Osmanlı dövrünə aid çoxsaylı xəritə və kitablar da var.

Qeyd edək ki, 1921- ci ildə inşa edilən kitabxana xüsusilə 18- ci əsrdən qalan əl yazmaları ilə məşhur olub.

 Sələf Xəbər: Şeyx İbn Useymin (Allah ona rəhmət etsin) deyirdi: “Bunun Allah yolunda cihad olduğunu iddia edərək bir sıra insanlar arasında partlayışlar törədənlər, əslində İslama və müsəlmanlara xeyirdən daha çox ziyan verirlər. Onlar hansı nəticələr əldə edib, sualım sizədir, qeyri-müsəlmanlar İslama daha yaxın oldularmı və yaxud onlar İslamdan daha çox uzaqlaşdılar?! İnsanın bu vahimə salan və dəhşətli qrupa aid edilməsin deyə az qala öz üzünü örtməsi məgər İslamdandır?! İslam bütün bunlardan uzaqdır, İslam bütün bunlardan uzaqdır!” (“Şərhu Usul ət-təfsir”)

Digər xəbərlər