Çavuşoğlu Ərəbistan və BƏƏ səfiri ilə görüşdü – Böhran
İyun 12
17:27
2017
974 dəfə baxılıb
Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin Türkiyədəki səfirləri ilə görüşüb.
Selefxeber.az-ın məlumatına görə, “Axar.az” xəbər verir ki, nazir Ankarada Səudiyyə Ərəbistanı səfiri Vəlid bin Əbdülkərim əl-Hirayəci, BƏƏ-nin səfiri Xəlifə Şahin əl-Marar və Bəhreyn məsləhətçisi Komail Əhməd ilə görüş keçirib.
Ərəb ölkələri nümayəndələri ilə keçirilən görüşdə Körfəzdəki son vəziyyəti müzakirə edən nazir Türkiyə və beynəlxalq toplumun gözləntilərindən danışıb.