Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Çavuşoğlu: “Terror təşkilatı xalqı təmsil edə bilərmi?”

Yanvar 27
18:44 2016

“PYD (PKK terror təşkilatının Suriya qolu) Suriya üzrə danışıqlara dəvət olunarsa, Türkiyə görüşü boykot edəcək”.

“Sələf Xəbər”in APA-ya istinadən verdiyi xəbərə görə, bunu Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu bəyan edib.

“PYD danışıqlar masası arxasında hansı qismdə iştirak edəcək? Terror təşkilatı xalqı təmsil edə bilərmi? Bu danışıqlar müxalifət və rejim arasında keçirilir. Orada terror təşkilatları iştirak edə bilməz. Bu vaxtadək PYD-nin danışıqlara dəvət olunmayacağı bildirilirdi. Əgər PYD-ni Cenevrə danışıqlarına dəvət ediblərsə, biz, əlbəttə ki, görüşü boykot edəcəyik”, – deyə Çavuşoğlu bildirib.

Sələf Xəbər: XX əsrin görkəmli İslam alimi Əbdüləziz bin Bəz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salamı olsun) həqiqi iman olmayan kəslər edə bilər!” (“Fətava ibn Baz”, 7/120)

Digər xəbərlər