Çin hökuməti övladlarını İslama təşviq edən valideynləri həbslə hədələyir
1. 089 dəfə baxılıb
Böyük Britaniyanın “İnternational Business Times” nəşrinin məlumatına görə Çin hökuməti bu gün Şərqi Türküstanda yaşayan Uyğurlara qarşı yeni qanun qəbul etmişdir. Yeni qanun övladlarını islam dini ayinlərini icra etməyə təşviq edən valideynlərin həbsinə icazə verir.
Nəşrin məlumatına görə Çin hökuməti ilə Uyğurlar arasında uzun müddətdir fikir ayrılığı davam edir. Pekin Uyğurlara qarşı təzyiq göstərməkdə ittiham olunur.
Çin hökuməti rəsmi olaraq din azadlığını tanıyır, amma uşaqların dini ayinlərin icrasında iştirakını qadağan edir.
Çİn hökuməti son illər ərzində gizli fəaliyyət göstərən bir neçə Uyğun məktəbinə qarşı xüsusi əməliyyat təşkil etmişdir.
Haqqında danışılan qanun cari ilin noyabr ayının birindən qüvvəyə minəcəkdir.
Yeni qanunla uşaqların dini geyim və ya rəmzlərdən istifadəsi də qadağan ediləcəkdir.
Sələf Xəbər: Uca Allah bizə zülm etməyi qadağan etmiş və zülmün cəzasının ağır olduğunu bildirmişdir. “Kaş sən zalımları ölüm əzabı içində çabalayan, mələklərin də (bu zaman) əllərini uzadıb: “Çıxarın canlarınızı! Siz bu gün Allaha qarşı nahaq sözlər danışdığınıza və Onun ayələrinə təkəbbür göstərdiyinizə görə alçaldıcı bir əzabla cəzalandırılacaqsınız!” – dediklərini görəydin!” (Ənam surəsi: 93).
Səhih hədisdə isə zülmə məruz qalmış məzlumun duasının mütləq qəbul olunması deyilir. Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: “Üç dua vardır ki, onlar qəbul olunar – məzlumun duası, müsafirin duası və valideynin övladına etdiyi dua”. (Buxari rəvayət etmişdir).