Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Çin səfiri uyğur türklərinin Ramazanda təqibləri ilə bağlı XİN-ə çağırılıb

İyul 01
15:47 2015

Çinin Ankaradakı səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

“Sələf Xəbər” Atv.az-a istinadən məlumat verir ki, buna səbəb Çinin Ramazan ayı ilə əlaqədar bəzi məhdudiyyətlər qoyması və oruc tutan uyğur türklərinin təqiblərə məruz qalmasıdır.

Buna görə də Türkiyə XİN Çin səfirini çağıraraq vəziyyətlə bağlı narahatlığını bildirib.

Sələf Xəbər: Şübhəsiz, müsəlmanlar bütün mümkün səmərəli səyləri qoyaraq İslamın və Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) şərəfini və adını müdafiə etmək üçün bütün qanuni metodlardan istifadə etməyə borcludur.

Eyni zamanda, Uca Allah bizə İslam düşmənlərinin hiylələrinə qarşı ən yaxşı mübarizə üsulunu bildirərək buyurur: “Sizə bir uğur nəsib olsa, (bu) onları kədərləndirər. Sizə bir fəlakət üz verdikdə isə, buna fərəhlənərlər. Əgər səbr etsəniz və (Allahdan) qorxsanız, onların qurduğu hiylə sizi ziyana sala bilməz. Həqiqətən, Allah onların nə etdiklərini əhatə edir”. (Qurani-Kərim, “Ali İmran” surəsi, 120-ci ayə)

Nüfuzlu Quran təfsirçisi Əbdürrəhman Əs-Saadi (Allah ona rəhmət etsin) yazırdı: “Kafirlərin müsəlmanlara bəslədiyi bu qatı nifrəti izah etdikdən və onların yaramaz keyfiyyətlərini xatırlatdıqdan sonra Uca Allah iman gətirmiş qullarına əmr edir ki, səbir etsinlər və müttəqiliyə etiqad etsinlər. Onlar bu tələbləri yerinə yetirsələr, onda düşmənlərin fitnə-fəsadı onlara heç bir ziyan vura bilməz, çünki Allah Öz elmi ilə həm kafirləri və həm də onların niyyət etdikləri cinayətləri və fitnə-fəsadları da əhatə edir. O, müsəlmanlara vəd edir ki, əgər onlar Ondan qorxsalar, onda heç kim onlara zərər vura bilməz və onlar vədə şübhə etməməlidirlər”. (Bax: “Təfsir Əs-Saadi”)

Beləliklə, problemin həlli təqva və səbir göstərməkdədir. Başqa sözlə, Uca Allah müsəlmanlara heç nəyin zərər verməyəcəyini bildirir, çünki müsəlmanlar Uca Allahın bütün vacib hökmlərini yerinə yetirərək və Onun qadağan etdiyi hər bir şeydən çəkinərək öz dinlərinə tam şəkildə etiqad etdiyi halda Allah onlara Öz düşmənlərinə qarşı kömək göstərəcəkdir.

Digər xəbərlər