Çindən Həcc ziyarətinə velosipedlə gəldi – FOTO
831 dəfə baxılıb
Çinin Sincan vilayətinin sakini Muhamməd adlı müsəlman zəvvar həcc ziyarətini yerinə yetirmək üçün Çindən Səudiyyəyə 8150 kilometr məsafəni qət edərək velosipedlə gəlib. Muhamməd 2016-cı ildə həcc ziyarəti üçün Məkkəyə gələn 14 500 çinli zəvvardan biridir.
Xatırladaq ki, bir müddət əvvəl Bosniyadan Senad Hadzic adlı müsəlman zəvvar bir il ərzində 5340 kilometr məsafə qət edərək piyada həcc ziyarətinə getmişdi. O, 20 kilo ağırlığında çanta ilə 7 ölkədən keçərək həcc ziyarəti üçün Səudiyyə Ərəbistanına piyada getmişdi.
Sələf Xəbər: Uca Allah buyurur: “Evi (Kəbəni) ziyarət etmək insanların – yoluna gücü çatan hər kəsin – Allah qarşısında borcudur”. (Qurani-Kərim, “Ali İmran” surəsi, 97-ci ayə)
Məhəmməd peyğəmbər (ona Allahın salavat və salamı olsun) buyurmuşdur: “İslam beş (əsas) üzərində qurulub: Allahdan başqa ibadətə layiq məbud olmadığına və Məhəmmədin Onun Elçisi olduğuna şəhadət etmək, namaz qılmaq, zəkat vermək, Allahın evinə həcc etmək, Ramazan orucunu tutmaq”. (Buxari)