Cübeyr: “Suriyadakı böhran yalnız quru əməliyyatları ilə həll edilə bilər”
İyun 02
16:49
2016
681 dəfə baxılıb
“Suriyadakı böhran yalnız beynəlxalq birliyin təşkil edəcəyi quru əməliyyatları ilə həll edilə bilər”.
“Sələf Xəbər” Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Səudiyyə Ərəbistanının Xarici İşlər naziri Adil Cübeyr Körfəz ölkələri Əməkdaşlıq Şurasının toplantısında deyib.
“Səudiyyə Ərəbistanı illərdir ki, Suriyada quru əməliyyatlarının həyata keçirlməsinin vacibliyini bildirir. Bu təklif hələ də keçərlidir. Lakin beynəlxalq birliyin qərarına ehtiyac var”, – deyə Cübeyr bildirib.
Sələf Xəbər: Uca Allahdan müsəlmanlara kömək etməyini və cinayətkarları cəzalandırmağını diləyirik!