Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Daha bir İslam din xadimi qətlə yetirildi

Dekabr 29
15:18 2014

“Sələf Xəbər” Avropa.info-ya istinadən xəbər verir ki, Keniya Müsəlmanları Ali Şurasının Baş Katibi Adan Vaçunun verdiyi məlumata görə, Embu qəsəbəsində tapılan meyidin müsəlman din xadimi Məhəmməd Əli Heyir olduğu müəyyənləşib.

Heyir cümə günü polis tərəfindən nəzarətə alınıb. Lakin sonradan azad edilibmiş.

Müsəlman rəsmiləri Heyirin Keniya Terrorla Mübarizə İdarəsi tərəfindən öldürülmüş ola biləcəyini iddia edib.

Qeyd edək ki, Keniyada bu il dörd müsəlman din xadimi öldürülüb.

 Sələf Xəbər: Uca Allah buyurur: “Allaha və Onun Elçisinə qarşı müharibə edənlərin və yer üzündə fitnə-fəsad törətməyə səy göstərənlərin cəzası ancaq öldürülmək və ya çarmıxa çəkilmək, ya əl və ayaqlarını çarpazvari kəsmək və yaxud da yaşadıqları yerdən sürgün edilməkdir. Bu, onlar üçün dünyada bir rüsvayçılıqdır. Axirətdə isə onları böyük bir əzab gözləyir.” (Qurani-Kərim, “Maidə” surəsi, 33-cü ayə).

“Allaha və Onun Elçisinə (Allahın ona salavat və salamı olsun) qarşı vuruşmaq adı altında Ona və Onun Elçisinə (Allahın ona salavat və salamı olsun) bəslənən düşmənçilik münasibəti və həmçinin, kafirlik, qətllər, özgəsinin malını mənimsəmə və ya yollarda quldurluq etmə vasitəsilə yer üzündə fitnə-fəsad yaymaq nəzərdə tutulur.

Yaxşı məlumdur ki, bu şərəfli ayə şəhərlərdə və ya kimsəsiz yerlərdə insanlara basqın edən, onların malını zəbt edən, onları öldürən, insanların ürəklərinə qorxu salan, onları yollarla səfərə çıxmaqdan əl çəkməyə məcbur edən yolkəsən quldurlar haqqında nazil olmuşdur.” (Bax “Təfsir Əs-Saadi”).

Digər xəbərlər