Daha bir ölkə öz sərhədlərinə beton sədd çəkir
662 dəfə baxılıb
Tunis hakimiyyəti Sus şəhərində terror aktı törədildikdən sonra Liviya ilə sərhəddə səddin ucaldılmasına dair qərar verib.
“Sələf Xəbər”in APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Baş naziri Həbib Əssid bildirib.
“Biz Liviya ilə sərhəd boyu sədd tikməyə və xəndək qazmağa artıq başlamışıq. Uzunluğu 168 km olacaq səddin tikintisi 2015-ci ilin sonunda yekunlaşacaq”, – deyə Baş nazir bildirib.
O, səddin İŞİD xəvaric terror qruplaşmasının Liviyadan ölkəyə keçməsinin qarşısının alınmasında yardımçı olacağına ümidvar olduğunu bildirib.
Sələf Xəbər: Yolunu azmış radikal firqələr yanlışlıqla güman edir ki, İslamın hədəfi qeyri-müsəlmanların məhvi yolu ilə İslam dövlətinin yaradılmasıdır. Lakin bu İslamın hədəfi deyildir. İslam insanlara tövhidi öyrədərək və onlara yaxşılıq etməyi əmr edərək onlara Haqqın sözünü çatdırmaq üçün gəlib.
Cihada gəlincə, bu Allaha ibadətin növlərindən biridir və onun öz şərtləri var. Cihadın məqsədi İslamın müdafiəsi və fəsadın qarşısını almaqdır.
Şübhə yoxdur ki, terror aktları, o cümlədən intiharçıların törətdikləri partlayışlar, nəticəsində dinc insanların həlak olması özü-özlüyündə artıq fəsaddır və bunu heç cür cihad adlandırmaq olmaz.