Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Daha bir qəsəbə İŞİD-in nəzarətindən çıxarıldı

Sentyabr 01
13:43 2014

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, İraqda türkmənlərin yaşadığı Amerli 80 gündən sonra İŞİD qruplaşmasının nəzarətindən çıxıb.

20 min nəfər türkmənin yaşadığı qəsəbə yenidən İraq ordusunun nəzarətindədir.

Məlumata görə, İraq Silahlı Qüvvələri keçirdikləri hərbi əməliyyat sayəsində Amerlini terror qruplaşmasından azad edə biliblər. Əməliyyata ABŞ da havadan dəstək verib.

İraq ordusu qəsəbənin ətrafındakı Həbəş, Lokum, Hafriyə və Yenqice kəndlərini də İŞİD-in nəzarətindən çıxara bilib.

Məlumatda İŞİD-in çoxlu itki verərək geri çəkildiyi qeyd olunur.

“Tezliklə, axır zamanlarda mənim ümmətimdə yaşca cavan və ağıldan zəif insanlar peyda olacaqdır. Onlar məxluqatın ən xeyirlisinin sözü ilə danışacaqlar. Onların imanı boğazlarından aşağı keçməyəcəkdir. Lakin İslamdan oxun ovlanmış şikardan çıxdığı kimi çıxacaqlar. Onlarla harada rastlaşsanız onları öldürün. Onları öldürənə Qiyamət günü Allahdan
mükafat vardır”. (Muslim).

Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun)

Digər xəbərlər