Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Daha bir Qvantanamo məhbusu azadlıqda

Noyabr 10
16:54 2014

“Sələf Xəbər” alanba.com.kw saytına istinadən xəbər verir ki, Qvantanamoda 13 illik həbsdən sonra Fovzi əl-Ovdə nəhayət ki, Küveytə qayıdıb.

Keçmiş məhbusun atası, Qvantanamoda həbsdə olanların ailələrinin komitəsinin sədri vəkil Xalid əl-Ovdə “əl-Ənbə” qəzetinə xüsusi açıqlamasında bildirib ki, Fovzi rəsmi təyyarədə dörd zabit və bir həkim müşayiət edib. Vəkilin sözlərinə görə, oğlu Fovzini gətirən təyyarə Qvantanamodan Kasablankaya və oradan da Küveytə gəlib. O, həmçinin oğlunun Qvantanamodakı 13 illik həbsi ərzində ailəsinin olduqca çox acı həyat yaşadığını vurğulayıb.

Fovzini hava limanında yalnız ailəsi qarşılayıb, vətəndaşların və jurnalistlərin onu qarşılamasına icazə verilməyib. Hava limanından birbaşa hərbi xəstəxanaya gətirilib. Fovzi lazımi yoxlamalardan keçib, və 7-10 gün ərzində burada qalacaqdır. Xalid həmçinin əlavə edib ki, Amerika şərtlərinə görə, Fovzi 6 ay reabilitasiya mərkəzində qalmalı, digər 6 ayı isə həmin mərkəzə hərdən bir baş çəkməli və ümumilikdə isə nəzarət icraatları 3 il davam etməlidir.

Vəkil, Küveytin başçısı Şeyx Sabah əl-Əhmədə fəal və davamlı səylərinə görə ən dərin təşəkkürünü bildirib və qeyd edib ki, dövlət başçısının səyləri ilə Qvantanamoda olan 11 küveytli azadlığa çıxıb. Bundan əlavə Xalid əl-Ovdə Küveytin sevincinin Qvantanamoda sonuncu məhbus olan Fəyiz əl-Kəndərinin azadlığı ilə tamamlanacağını bildirib və Allahın izni ilə bunun yaxın zamanda baş tutacağını arzulayıb.

Amerika Daxili İşlər Nazirliyinin rəsmisinin bəyanına görə, ABŞ prezidenti Obamanın bağlamaq istədiyi Kuba adasındakı həbsxanada hələ ki, 148 məhbus vardır. O, həmçinin ABŞ-nın Qvantanamo həbsxanasının bağlanmasına dəstək olan Küveyt hökumətinə minnətdarlığını ifadə edib.

Digər xəbərlər