Daha iki ölkə İranla əlaqələri kəsib
871 dəfə baxılıb
Səudiyyə Ərəbistanında 47 nəfərin edamından sonra yaranan gərginlikdən sonra Somali və Komor adaları da İranla diplomatik əlaqələri kəsdiyini bildirib.
“Sələf Xəbər” Teleqraf.com –a istinadən xəbər verir ki, hər iki ölkə Tehrandakı səfirini geri çağırıb.
Verilən açıqlamalarda bildirilib ki, etirazlar zamanı Səudiyyənin Tehrandakı səfirliyinə və Məşhəddəki konsulluğuna edilən hücumlar beynəlxalq qanunlara ziddir: “Hadisələrdə təqsirli bilinən hər kəs cəzalandırılmalıdır. İranın Səudiyyənin daxili işlərinə qarışmasını qətiyyətlə pisləyirik”.
Qeyd edək ki, yanvarın 2-də Səudiyyədə aralarında şiə din xadimi Nimr əl-Nimrin də olduğu 47 nəfərin edam olunması İranda kəskin etirazlarla qarşılanıb. Etirazçılar Səudiyyənin Tehrandakı səfirliyinə və Məşhəddəki konsulluğuna hücum ediblər. Hadisədən sonra İranla Səudiyyə arasında diplomatik əlaqələr tamamilə kəsilib. Ər-Riyada dəstək nümayiş etdirən Bəhreyn, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Qətər və Cibuti də İran səfirlərini geri çağırıb.
Sələf Xəbər: Uca Allahdan bütün müsəlmanların mənəvi və dünyəvi vəziyyətini düzəltməyini diləyirik. Amin!