Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Daşkəndin hava limanında müsəlmanlar üçün ibadət otağı açıldı

Noyabr 16
17:42 2017

Daşkənddə İslam Kərimov adına Beynəlxalq Hava Limanında müsəlmanlar üçün 24 saat fəaliyyət göstərəcək ibadət otağı açılıb.

Selefxeber.az-ın “İslam-today“-ə istinadən xəbərinə görə, “Özbəkistan Hava Yolları” nın mətbuat xidmətindən verilən məlumatda bildirilib ki, hava limanının terminallarından birində müsəlmanların ibadət edə bilməsi üçün namaz otağı təşkil olunub. Bundan əlavə, 24 saat fəaliyyət göstərəcək namaz otağı kiçik dəstəmaz yeri ilə də təhciz olunub.

Aviaşirkətin nümayəndəsi tərəfindən verilən məlumatda bildirilib ki, “Özbəkistan Hava Yolları” müqəddəs yerlərə həcc ziyarəti üçün Məkkəyə mütəmadi olaraq çarter reysləri təşkil edir.

Xatırladaq ki, Özbəkistan əhalisinin sayı 32,5 milyon nəfərdir, onların 94% -i müsəlmandır. Ölkə vətəndaşlarının 3.5% – i pravoslav xristianlar, qalanları isə digər dinin nümayəndələridir.

Sələf Xəbər: Uca Allah buyurur: “Möminlər, həqiqətən də, nicat tapmışlar; o kəslər ki, namazlarında mütidirlər, …O kəslər ki, namazlarını öz vaxtlarında qılırlar.”(Müqəddəs Quran, “Muminun” surəsi, 1-2, 9-cu ayələr).

Məhəmməd Peyğəmbər (ona salavat və salam olsun) deyirdi: “Allah qulları üçün beş vaxt namazı fərz qılmışdır. Hər kim bu namazlara ciddi yanaşar və bilərəkdən tərk etməyib haqqını verərək qılarsa Allah onu cənnətinə qoyacağına əhd etmişdir. Beş vaxt fərz namazını qılmayan üçün belə bir əhd yoxdur. Allah diləsə ona əzab verər, diləsə də (imanından ötrü) cənnətinə daxil edər.” (bax “Muvata”)

Digər xəbərlər