Davudoğlu: “Azərbaycana yönəlmiş hər təhdid Türkiyəyə yönəlib”
720 dəfə baxılıb
“Azərbaycanın taleyi bizim taleyimizdir”.
“Rusiya və Ermənistan Türkiyənin münaqişənin həllində iştirakını istəmir”.
“Biz ATƏT-in Minsk Qrupunun üzvüyük. Lakin faktiki olaraq üç həmsədr bu işlə məşğuldur və digər üzvlər prosesdən kənarda qalıb. Halbuki, hər üç ölkə erməni lobbisinin çox güclü olduğu ölkələrdir. Yəni burada balans yoxdur”.
“Sələf Xəbər”in APA-ya istinadən xəbərinə görə, bu sözləri Türkiyənin Baş naziri Əhməd Davudoğlu Finlandiyadan qayıdarkən jurnalistlərin “Ermənistan-Azərbaycan münaqişəsində Türkiyə hansı addımları ata bilər? Minsk Qrupu həmsədrliyinin tərkibinin dəyişməsinin zəruriliyinə inanırsınızmı?” sualına cavabında deyib.
Ə. Davudoğlu bildirib ki, Türkiyənin və digər ölkələrin prosesə qoşulmasını Rusiya və Ermənistan istəmir: “Biz hazırda ATƏT-ə sədrlik edən Almaniyanın məsələyə qarışması üçün təşəbbüs göstərmişik. Minsk Qrupunun bütün üzvləri bu prosesdə iştirak etməlidir. Son toqquşmalara gəldikdə isə, biz Azərbaycanın yanındayıq. Azərbaycana yönəlmiş hər təhdid Türkiyəyə yönəlib. Azərbaycanın ərazi bütövlüyü və taleyi bizim taleyimizdir”.
Sələf Xəbər: Uca Allah buyurur: “Sizə bir uğur nəsib olsa, (bu) onları kədərləndirər. Sizə bir fəlakət üz verdikdə isə, buna fərəhlənərlər. Əgər səbr etsəniz və (Allahdan) qorxsanız, onların qurduğu hiylə sizi ziyana sala bilməz”. (Qurani-Kərim, “Ali İmran” surəsi, 120-ci ayə)
“Qeyri-müsəlmanların müsəlmanlara bəslədiyi bu qatı nifrəti izah etdikdən və onların yaramaz keyfiyyətlərini xatırlatdıqdan sonra Uca Allah iman gətirmiş qullarına əmr edir ki, səbir etsinlər və müttəqiliyə etiqad etsinlər. Onlar bu tələbləri yerinə yetirsələr, onda düşmənlərin fitnə-fəsadı onlara heç bir ziyan vura bilməz, çünki Allah Öz elmi ilə həm kafirləri və həm də onların niyyət etdikləri cinayətləri və fitnə-fəsadları da əhatə edir. O, müsəlmanlara vəd edir ki, əgər onlar Ondan qorxsalar, onda heç kim onlara zərər vura bilməz və onlar vədə şübhə etməməlidirlər”. (Bax: “Təfsir Əs-Saadi”)