Davudoğlu Bağdadda oğurlanmış 16 türk vətəndaşının azad edildiyini deyib
588 dəfə baxılıb
“Sələf Xəbər” xarici mediaya istinadən bildirir ki, Türkiyənin Baş Naziri Əhməd Davudoğlu 30 sentyabr tarixində “Twitter” hesabında oğurlanmış 16 türk vətəndaşının azad edildiyi və onların hal-hazırda Türkiyənin Bağdaddakı səfirliyində olduqları barədə məlumat paylaşıb.
O bildirib ki, Türkiyənin Bağdaddakı səfirliyi oğurlanmış türk vətəndaşlarını qarşılayıb və o özü şəxsən bir neçə vətəndaşla telefonla danışıb. “Hal-hazırda onların ölkəyə gətirilməsi istiqamətində işlər gedir”.
O, həmçinin İraq hökumətinin bu işdə göstərdiyi səyləri də təqdir etdiyini bildirib.
Türkiyənin Bağdaddakı səfiri Faruq Qaymaqçı bildirib ki, türk vətəndaşlarının qaytarılması üçün qaçaqçılarla heç bir danışıq aparılmayıb.
Qaçaqçılar isə iddia ediblər ki, Ankara hökuməti onların tələblərini yerinə yetirdiyi üçün onlar da türk vətəndaşlarını azad ediblər.
Sələf Xəbər: Uca Allah buyurur: “Allaha və Onun Elçisinə qarşı müharibə edənlərin və yer üzündə fitnə-fəsad törətməyə səy göstərənlərin cəzası ancaq öldürülmək və ya çarmıxa çəkilmək, ya əl və ayaqlarını çarpazvari kəsmək və yaxud da yaşadıqları yerdən sürgün edilməkdir. Bu, onlar üçün dünyada bir rüsvayçılıqdır. Axirətdə isə onları böyük bir əzab gözləyir”. (Qurani-Kərim, “Maidə” surəsi, 33-cü ayə)
“Allaha və Onun Elçisinə (Allahın ona salavat və salamı olsun) qarşı vuruşmaq adı altında Ona və Onun Elçisinə (Allahın ona salavat və salamı olsun) bəslənən düşmənçilik münasibəti və həmçinin kafirlik, qətllər, özgəsinin malını mənimsəmə və ya yollarda quldurluq etmə vasitəsilə yer üzündə fitnə-fəsad yaymaq nəzərdə tutulur.
Yaxşı məlumdur ki, bu şərəfli ayə şəhərlərdə və ya kimsəsiz yerlərdə insanlara basqın edən, onların malını zəbt edən, onları öldürən, insanların ürəklərinə qorxu salan, onları yollarla səfərə çıxmaqdan əl çəkməyə məcbur edən yolkəsən quldurlar haqqında nazil olmuşdur. Onlar, sanki yolların arasını kəsirdilər və Uca Allah da bildirir ki, bunun əvəzi sadalanan cəzalardan biridir. Əgər bu cinayət bu qədər ağırdırsa, onda yer üzünü azğınlıq törədən şərəfsizlərdən təmizləmək, yollarda təhlükəsizliyi təmin etmək və insanları öz həyatı və əmlakı üçün qorxu hissi keçirməkdən xilas etmək ən böyük xeyirxah əməllərdən və Allahın bəyəndiyi ən gözəl işlərdəndir. Belə yaxşı əməllər yer üzündə əmin-amanlığı və doğruçuluğu təmin edir və yer üzündə fitnə-fəsadın yayılmasının əks göstəricisidir”. (Bax: “Təfsir Əs-Saadi”)