Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Davudoğlu: “Lazım gələrsə, Suriyaya quru qoşunları yeridəcəyik”

May 04
16:47 2016

Türkiyə beynəlxalq razılaşmalara üstünlük verir. Lakin lazım gələrsə, Suriyaya quru qoşunları yeridəcəyik.

“Sələf Xəbər”in Axar.az-a istinadən məlumatına görə, bunu Türkiyənin Baş naziri Əhməd Davudoğlu “Əl Cəzirə” telekanalına müsahibəsində deyib.

Baş nazir bildirib ki, özünü müdafiə etmək üçün Türkiyə istər daxildə, istərsə də xaricdə hər cür tədbir görməyə hazırdır.

Son günlər Suriya ərazisindən Türkiyənin Kilis və Urfa vilayətlərinə raket mərmilərinin atılmasını şərh edən Davudoğlu bildirib ki, Kilisə raket atanlar İŞİD terror xəvaric qruplaşmasıdırsa və bu əməllərinə davam edərlərsə, onları hədəfə alacaqlar.

“Bizim siyasətimiz hər zaman konkret olub: diplomatiya yolu ilə Suriya böhranını həll etmək. Əsədin leqallığını əsla qəbul etməyəcəyik. Çünki o, hələ də xalqını öldürməyə davam edir, 3 milyon suriyalını Türkiyəyə keçməyə məcbur edib. Belə bir hökumətin leqallığından söhbət gedə bilməz.

Əslində heç bir ölkə Türkiyə qədər İŞİD terror xəvaric qruplaşması ilə mübarizə aparmayıb. İŞİD terror xəvaric qruplaşmasının sərhədlərimizdə olmasını istəmirik. Suriyanın müxalif qüvvələrini İŞİD terror xəvaric qruplaşmasına qarşı mübarizədə dəstəkləyəcəyik. Hərbi dəstək bundan sonra da davam edəcək”, – deyə Baş nazir bildirib.

Davudoğlu jurnalistin “Beynəlxalq dəstək olmasa belə Suriyaya quru qoşunları göndərəcəksinizmi” sualını belə cavablandırıb:

“Əslində Birləşmiş Millətlər Təşkilatının İŞİD terror xəvaric qruplaşmas ilə mübarizəyə dair çox sayda qərarı var. Dolayısı ilə istər özünü müdafiə, istərsə də İŞİD və ya digər terror qruplaşmaları ilə mübarizə aparmaqda bu qərarlar bizi dəstəkləyir. Ancaq biz yenə də beynəlxaq razılaşmalara üstünlük veririk. Çünki İŞİD terror xəvaric qruplaşması bütün dünyanı maraqlandıran məsələdir”.

“Əl Cəzirə” müxbiri növbəti sualını Rusiya ilə bağlayıb. O deyib ki, Türkiyə Suriyadakı türkmən bölgələrinə girərsə, Rusiya buna qarşı çıxacaq. Rusiya Türkiyə qüvvələrini havadan vura bilərmi?

“Bu ssenari doğru deyil. Bu torpaq rus torpağı deyil. Rusiya BMT-nin daimi üzvlərindən biridir. Bir az əvvəl dediyim kimi, BMT-nin İŞİD terror xəvaric qruplaşması ilə mübarizəyə dair qərarları var. Burada əsas məsələ torpaqlarımızın təhdid altında olmasıdır. Biz Rusiya daxil heç bir ölkəni qarşımıza almaq istəmirik. Ancaq söhbət milli təhlükəsizliyimizdən gedəndə lazım olan hər cür tədbiri görəcəyik. Burada İŞİD terror xəvaric qruplaşmasının təhdidi ilə qarşı-qarşıya olan Rusiya deyil, Türkiyədir”.

Sələf Xəbər: Mədinə İslam Universitetinin İslam Əqidəsi kafedrasının professoru, İslam hüququ üzrə doktor şeyx Salih Suheymi (Allah onu qorusun) demişdir: “Xəvariclərin konkret məqsədləri yoxdur. Avamlıq, cahillik və şovinist şüarları altında savaşırlar. Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Cahillik bayrağı altında vuruşanlar bizdən deyil”. (Müslim)
“Bu o kəslərdir ki, şovinizm üçün döyüşür və ya şovinizmə çağırırlar. Bu insanlar – cahil, avam, yaşları az, ağıldan kəmdirlər.
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) onlardan (xəvariclərdən) çəkindirir və deyirdi: “Onları harada görsəniz, öldürün. Əgər mən onların zamanına yetişə bilsəydim, onları eynilə Ad qövmünün öldürüldüyü kimi öldürərdim”. (Əl-Buxari)

Digər xəbərlər