Davudoğlu: “Rusiya İŞİD-ə deyil, dinc insanlara hücum edir”
661 dəfə baxılıb
Brüsseldə NATO-nun baş qərərgahında keçrilən toplantıda çıxış edən Türkiyənin Baş naziri Əhməd Davudoğlu Rusiyanı sərt şəkildə ittiham edib.
“Sələf Xəbər” Avropa.infoya istinadən xəbər verir ki, Davudoğlu Rusiyanın Suriyada İŞİD terror xəvaric qruplaşmasını deyil, dinc sakinləri bombaladığını deyib.
“Rusiya İŞİD terror xəvaric qruplaşmasına qarşı deyil, vətəndaşlara hücum edir. Rusiyanın Suriyadakı hərbi varlığı İŞİD terror xəvaric qruplaşması ilə mübarizə üzərində qurulmayıb.
Rusların bombaladığı günahsız insanlar gələcəklərini qurmaq üçün yer axtarırlar. Bu insanlar bizləri narahat etmək üçün ölkələrimizə gəlmirlər. Rejimdən, İŞİD terror xəvaric qruplaşmasından, Rusiyanın hava hücumlarından qaçaraq gəlirlər. Bunu etməyə məcbur qalırlar. Türkiyə Suriyadan 2.7 milyon qaçqın qəbul edib”, – deyə Davudoğlu qeyd edib.
Sələf Xəbər: Uca Allahdan müsəlmanlara səbir verməsini və bizim hamımızın Tək Ona olan ibadətimizi asanlaşdırmasını diləyirik. Uca Allahın dediyi kimi: “Şübhəsiz ki, hər çətinlikdən sonra bir asanlıq gələr!” (Qurani-Kərim, “əl-İnşirah” sürəsi, 5-ci ayə)
Uca Allahdan müsəlmanlara kömək etməyini və cinayətkarları cəzalandırmağını diləyirik!