Davudoğlu: “Rusiya sərhədlərimizi pozaraq böyük səhv edib”
Oktyabr 08
14:06
2015
605 dəfə baxılıb
“Rusiya bölgəyə müdaxilə etməklə böyük səhv edib”.
“Sələf Xəbər”in Trend-ə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Baş naziri Əhməd Davudoğlu bəyan edib.
“Rusiyanın verdiyi qərar münaqişəni fərqli mərhələyə keçirib. Rusiya bölgəyə müdaxilə edərək, o cümlədən sərhədlərimizi pozaraq böyük səhv edib. Bunu qəbul etməyimiz, dözüm göstərməyimiz mümkün deyil”, – Davudoğlu bildirib.
Onun sözlərinə görə, Türkiyə milli təhlükəsizliyinə hörmət göstərilməsini gözləyir. Bizim hava məkanımızı kimsə poza bilməz, Davudoğlu bildirib.
Sələf Xəbər: Təhlükəsizlik insan üçün yemək-içməkdən də böyük zərurətdir. Məhz buna görə İbrahim peyğəmbər (ona salam olsun) Uca Allahdan özü üçün əvvəlcə təhlükəsizlik, daha sonra ruzi istəmişdir: “Bir zaman İbrahim dedi: “Ey Rəbbim! Buranı təhlükəsiz bir şəhər et, onun əhalisinə, – onlardan Allaha və Axirət gününə iman gətirənlərə – (hər növ) məhsullardan ruzi ver!” (Qurani-Kərim, “Bəqərə” surəsi, 126-cı ayə)