Davudoğlu: “Rusiyanın tətbiq etdiyi məhdudiyyətlər hər iki ölkəyə zərər vuracaq”
628 dəfə baxılıb
Rusiyanın tətbiq etdiyi məhdudiyyətlər Türkiyə iqtisadiyyatına demək olar ki, mənfi təsir göstərməyib, perspektivdə isə bu hər iki ölkəyə zərər vuracaq.
“Sələf Xəbər” APA-ya istinadən məlumat verir ki, bu barədə Türkiyənin baş naziri Əhməd Davudoğlu NTV kanalına müsahibəsində deyib.
“Əgər təyyarə insidentindən sonra rus rublunun və türk lirəsinin tənəzzülünü, həmçinin bu böhranın hər iki ölkənin iqtisadiyyatına təsirini müqayisə etsək, biz mənfi nəticələrlə üzləşməmişik. Biz turizm və aqrar sektorlarının müdafiəsinə yönələn müvafiq tədbirlər həyata keçirmişik, sahibkarlara yardım göstəririk, yeni bazarlara üz tuturuq. O ki qaldı embarqoya, Rusiya vaxtilə Avropa İttifaqının sanksiyalarından gileylənirdi, indi isə özü eyni addım atır. Belə vəziyyətdə hər iki ölkəyə zərər dəyir”, – deyə Ə.Davudoğlu bildirib.
Sələf Xəbər: Uca Allah buyurur: “Sizə bir uğur nəsib olsa, (bu) onları kədərləndirər. Sizə bir fəlakət üz verdikdə isə, buna fərəhlənərlər. Əgər səbr etsəniz və (Allahdan) qorxsanız, onların qurduğu hiylə sizi ziyana sala bilməz”. (Qurani-Kərim, “Ali İmran” surəsi, 120-ci ayə)
“Kafirlərin müsəlmanlara bəslədiyi bu qatı nifrəti izah etdikdən və onların yaramaz keyfiyyətlərini xatırlatdıqdan sonra Uca Allah iman gətirmiş qullarına əmr edir ki, səbir etsinlər və müttəqiliyə etiqad etsinlər. Onlar bu tələbləri yerinə yetirsələr, onda düşmənlərin fitnə-fəsadı onlara heç bir ziyan vura bilməz, çünki Allah Öz elmi ilə həm kafirləri və həm də onların niyyət etdikləri cinayətləri və fitnə-fəsadları da əhatə edir. O, müsəlmanlara vəd edir ki, əgər onlar Ondan qorxsalar, onda heç kim onlara zərər vura bilməz və onlar vədə şübhə etməməlidirlər”. (Bax: “Təfsir Əs-Saadi”)