Davudoğlu: “Rusiyaya bir daha xəbərdarlıq edirik”
882 dəfə baxılıb
“Rusiyanın bəzi sərhəd pozmalarını gizlətməsi mümkün deyil”.
“Hava sahəsinin pozulması hadisəsini gizlətmək və ya olmayanı olmuş kimi göstərmək mümkün deyil. Rusiyanın bəzi sərhəd pozmalarını gizlətməsi də mümkün deyil”.
“Sələf Xəbər”in APA-ya istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin Baş naziri Əhməd Davudoğlu deyib.
Davudoğlu sonuncu dəfə qısamüddətli sərhəd pozmasının baş verdiyini, bunun həm NATO, həm də Türkiyə radarlarında qeydə alındığını da xatırladıb.
Hazırda Türkiyənin Rusiya ilə gərginliyi artırmaq fikri olmadığını deyən baş nazir eyni zamanda ölkəsinin həmişə öz hava sahəsini qorumağa həssasiyyət göstərəcəyini vurğulayıb.
“Rusiyaya bir daha xəbərdarlıq edirik, istər Suriyadakı konstruktiv müxalifətə verdiyi zərər, istərsə də Türkiyə hava sahəsini pozmağa yönəlik təhdidkar mövqeyi Rusiyanın xeyrinə deyil”, – deyə, Baş nazir bildirib.
Davudoğlu qeyd edib ki, Suriyada baş verənlərdə “Əsəd rejimi ilə İŞİD eyni dərəcədə günahkardır”. O, bundan sonra da Suriya müxalifətinə dəstəyi davam etdirəcəklərini deyib.
Sələf Xəbər: Uca Allah buyurur: “Sizə bir uğur nəsib olsa, (bu) onları kədərləndirər. Sizə bir fəlakət üz verdikdə isə, buna fərəhlənərlər. Əgər səbr etsəniz və (Allahdan) qorxsanız, onların qurduğu hiylə sizi ziyana sala bilməz”. (Qurani-Kərim, “Ali İmran” surəsi, 120-ci ayə)
“Qeyri-müsəlmanların müsəlmanlara bəslədiyi bu qatı nifrəti izah etdikdən və onların yaramaz keyfiyyətlərini xatırlatdıqdan sonra Uca Allah iman gətirmiş qullarına əmr edir ki, səbir etsinlər və müttəqiliyə etiqad etsinlər. Onlar bu tələbləri yerinə yetirsələr, onda düşmənlərin fitnə-fəsadı onlara heç bir ziyan vura bilməz, çünki Allah Öz elmi ilə həm kafirləri və həm də onların niyyət etdikləri cinayətləri və fitnə-fəsadları da əhatə edir. O, müsəlmanlara vəd edir ki, əgər onlar Ondan qorxsalar, onda heç kim onlara zərər vura bilməz və onlar vədə şübhə etməməlidirlər”. (Bax: “Təfsir Əs-Saadi”)