Davudoğlu: “Sərhədimiz pozulubsa, buna qəti cavab veriləcək”
676 dəfə baxılıb
Baş nazir Əhməd Davudoğlu Türkiyə sərhədini pozan Suriyaya aid helikopterin vurulmasından danışıb.
“Sələf Xəbər” Avropa.info-ya istinadən xəbər verir ki, Davudoğlu, kim olursa-olsun ölkə sərhədini pozmağa cəhd edənlərin cəzalandırılacağını deyib.
“Hadisədən sonra Hava Qüvvələri Komandamızla da şəxsən danışdıq. Suriya helikopteri Türkiyə sərhədini pozub. Kim, hansı əsasla olursa-olsun, sərhədimiz pozulubsa, buna qəti cavab veriləcək. Vurulan helikopter Suriya ərazisinə düşüb”.
Sələf Xəbər: Uca Allah buyurur: “Ey iman gətirənlər! Səbr edin, dözümlü olun, (sərhəd boyu) növbə ilə keşik çəkin və Allahdan qorxun ki, bəlkə nicat tapasınız!” (Qurani-Kərim, “Ali İmran” surəsi, 200-cü ayə)
“Allah-Təala əmr edir ki, insan səbrini yığıb sərhədlərdə xidmət etsin. “Səbrini yığmaq” dedikdə, bu, heç bir şəraitdə səbirsizlik göstərməməyi və həmişə düşmənlərə müqavimət göstərməyi nəzərdə tutur. “Sərhədlərdə xidmət etmək” dedikdə isə, düşmənin güclü zərbə endirə biləcəyi ehtimal olunan hüdudlarda və istiqamətlərdə əraziləri mühafizə etmək, düşmən ərazilərini müşahidə etmək və düşmənə niyyət etdiyinə nail olmağa imkan verməmək nəzərdə tutulur.
Əgər möminlər bu hökmləri yerinə yetirsələr, onlar mənəvi, dünyəvi və Axirət dünyasında bütün arzu etdikləri nə varsa, mütləq əldə edəcəklər və həmçinin dəhşətli və xoşagəlməz nə varsa, onlardan xilas olacaqlar”. (Bax: “Təfsir Əs-Saadi”)