Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Davudoğlu: Türkiyə HHQ İŞİD-in mövqelərini məhv edib

İyul 24
17:52 2015

Türkiyə Hərbi Hava Qüvvələri (HHQ) Suriya ilə sərhəddə “İslam Dövləti” İŞİD xəvaric terror qruplaşması silahlılarının mövqelərini tam məhv edib.

“Sələf Xəbər”in Trend-ə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Baş naziri Əhməd Davudoğlu deyib.

Onun sözlərinə görə, Türkiyə üçün sərhədlərin müdafiəsi hər şeydən vacibdir və Ankara bunun üçün istənilən addımları atacaq.

Qeyd edək ki, Türkiyə HHQ iyulun 24-də İŞİD xəvaric terror qruplaşması Suriyadakı mövqelərinə aviazərbələrini bərpa edib. Nəticədə silahlıların avtomobil karvanı məhv edilib.

Sələf Xəbər: XX əsrin məşhur İslam alimi İbn Useymin (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, ağıl sahibi olan heç kəs, xüsusilə, dindarlar, belə işlərdən (terror aktları) məmnun ola bilməz, bir halda ki, bu Qurana və Sünnəyə ziddir. Bunda İslam üçün həm daxildən, həm də xaricdən ziyan vardır. Bu böyük cinayətdir, lakin ədalətsizlər müvəffəqiyyət qazanmayacaqlar. Tezliklə, Allahın izni ilə, onlar öz əməllərinin qarşılığını bütünlüklə alacaqlar. Elm tələbələrinin bu yolun, xəvariclərin yolunun iyrənc yol olduğunu insanlara izah etmələri mütləqdir”. (“Fatava əş-şariyyə fi kadayyə əl-asriyyə”, 47)

Digər xəbərlər