Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Davudoğludan Azərbaycana mesaj – “Ürəyimiz ağrıyır…”

Oktyabr 27
16:37 2014

“Sələf Xəbər” bizimyol.info saytına istinadən xəbər verir ki, Türkiyənin baş naziri Əhməd Davudoğlu son günlər Kobani ətrafında baş verən hadisələrə görə Ədalət və İnkişaf Partiyasının (AKP) iqtidarını tənqid edənlərə cavab verib.

Davudoğlu Türkiyənin Kobaniyə daxil olmasını istəyənlərə Azərbaycan-Ermənistan sərhədində baş verənləri nümunə göstərib.

“Türkiyə qoşunu Kobaniyə girsin deyə təkid edirlər. Biz bu kimi təkliflərin fərqindəyik. Diqqət edin, Türkiyənin ətrafında 7-8 ölkə idarə edilməz vəziyyətdədir. Azərbaycan-Ermənistan sərhədində baş verən atışmalarda ürəyimiz sızıldayır. Yaxın Şərq qan gölünə çevrildi. Həzrəti Hüseyn necə yolundan dönməyibsə bizlərdə yolumuzdan və ədalət naminə mübarizədən geri dönməyəcəyik.”, baş nazir bildirib.

 Sələf Xəbər: Numan ibn Bəşir (Allah ondan razı olsun) Peyğəmbərdən (Allahın ona salavat və salamı olsun) rəvayət etmişdir: “Möminlər bir-birlərini sevməkdə, bir-birlərinə mərhəmət və lütf etməkdəki bir bədənə bənzəyirlər. O bədəndə bir üzv xəstələnsə bədənin digər üzvləri bir-birlərini, xəstə üzvünün acısına, yuxusuzluq və atəşlə iştirak etməyə çağırırlar.” (Səhihi-Müslim, Birr və Sıla Kitabı, Hədis: 2586 (Səhih-Buxari, Səlat Kitabı, 88; Səhih Müslim, Birr Kitabı, Hədis: 65 (2585))

Digər xəbərlər