Davudoğlundan sərt ismarıc: “Ya onları yox edin, ya da imkan verin biz yox edək”
693 dəfə baxılıb
Suriyadan gələn kəşfiyyat məlumatı paylaşan Türkiyə Baş naziri Əhməd Davudoğlu Rusiyaya sərt reaksiya verib.
“Sələf Xəbər” AzNews.az-a istinadən bildirir ki, Davudoğlu “Ya İŞİD terror xəvaric qruplaşmasını yox edin, ya da imkan verin biz onu yox edək”, – deyə Kremlə ismarıc yollayıb.
Baş nazir Suriyada kirli bir oyunun davam etdiyini xatırladaraq, ötən gün və bu günə olan kəşfiyyat məlumatlarını paylaşıb.
“Türkiyənin havadan edəcəyi əməliyyatlar məsələsində bəzi ölkələr maneə törətmək istəyirlər. Ya özləri İŞİD terror xəvaric qruplaşmasını yox etsin, ya da imkan versinlər bunu biz edək. Amma kimsə İŞİD terror xəvaric qruplaşmasına qarşı mübarizə edirəm görünüşü adı altında oradakı dinc xalqı və müxalifəti cəzalandırmağı düşünməsin”, – deyə Davudoğlu bildirib.
“Bir kəşfiyat məlumatını burada paylaşmaq istəyirəm. Onun üçün bütün bağlantılar çıxarılacaq. Dünən bizə çatan məlumatlara görə, Suriya sərhədinə yaxın bölgədə müxalif qüvvələri İŞİD terror xəvaric qruplaşmasına qarşı bir əməliyyata başlayıb, bəzi bölgələr İŞİD-dən geri alınıb. Əsəd rejimi isə Dəməşqə yaxın cənub bölgədəki İŞİD-çilərlə razılaşaraq rejimin avtobusları vasitəsilə bəzi terrorçular Suriyanın şimalına doğru aparılıb. Bu gün Suriyada çox kirli oyunlar gedir”, – deyə baş nazir vurğulayıb.
Bu arada İngiltərənin “IHS Janes” araşdırma mərkəzi İŞİD terror xəvaric qruplaşmasının 2015-ci ildə Suriya və İraqda nəzarət etdiyi sahənin 14% kiçildiyini bildirib. Yanvar ayınadək 90 min kvadrat kilometrədən çox sahəyə hakim olan qruplaşma, təxminən 12 min 800 kvadrat kilometr sahəni itirib. Hazırda İŞİD terror xəvaric qruplaşmasının nəzarət etdiyi torpaqların böyüklüyü 78 min kvadrat kilometrdir.
Sələf Xəbər: İslam, müsəlman rəhbərlərinə və buna səlahiyyətləri çatan kəslərə, terrorçu-xəvariclərlə vuruşmağı və hətta onları öldürməyi əmr edir! IX əsrin görkəmli alimi Müslim bin Əl- Haccac (Allah ona rəhmət etsin) özünün “əs-Səhih” adlı məşhur səhih hədis toplusunda fəsillərindən birini belə adlandırıb: “Xəvaricləri öldürməyə çağırış fəsli”. Bu fəsildə, imam Müslim Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) xəvaricləri öldürməyi əmr etdiyi bir çox hədis gətirir.
Bu hədislərin birində deyilir: “Tezliklə, axır zamanlarda mənim ümmətimdə yaşca cavan və ağıldan zəif insanlar peyda olacaqdır. Onlar məxluqatın ən xeyirlisinin sözü ilə danışacaqlar. Onların imanı boğazlarından aşağı keçməyəcəkdir. Lakin İslamdan oxun ovlanmış şikardan çıxdığı kimi çıxacaqlar. Onlarla harada rastlaşsanız onları öldürün. Onları öldürənə Qiyamət günü Allahdan mükafat vardır”.
Əgər xəvaric-ekstremistlərə ideologiyalarının zəlalət olması izah edildikdən sonra onlardan bəziləri, bundan sonra da qan tökməyə və yer üzündə fəsad törətməyə niyyətlənərək, öz azmış fikirlərində qalırsa, onda onlara qarşı güc metodlarının tətbiqi vacib olur.
Necə ki, məşhur islam alimi Zeyd əl-Mədxali (Allah ona rəhmət etsin) özünün məşhur “Terrorçuluq və onun cəmiyyətə və fərdlərə təsiri” kitabında deyir: “Əgər kitablar və mühazirələr (onlardan bəzilərinə) fayda vermirsə, onda Allahın müsəlman rəhbərin əlinə qoyduğu ədalətli qılınc onlara mütləq kömək edəcəkdir”. (“əl-İrhab”, 24)