Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Davudoğlunun kortejinin yolunda partlayış baş verib

Fevral 05
18:08 2016

Təhükəsizlik tədbirləri gücləndirilib.

Partlayış Cümə gününə keçən gecə ölkənin Baş naziri Əhməd Davudoğlunun səfərdə olduğu Mardin şəhərində baş verib. Bu barədə “Sabah” nəşri məlumat yayıb.

“Sələf Xəbər” Oxu.Az-a istinadən xəbər verir ki, partlayış Baş nazirin kortejinin keçəcəyi “Respublika” meydanında baş verib.

Bununla əlaqədar hüquq-mühafizə orqanı əməkdaşları bu rayonda başqa partlayıcı qurğuların olmasını dəqiqləşdirirlər.

Nəşrin məlumatına əsasən, armatur kəsikləri ilə möhkəmləndirilmiş əldəqayırma partlayıcı qurğu işə düşüb.

Partlayış nəticəsində bir nəfər xəsarət alıb və xəstəxanaya yerləşdirilib. Polis hadisəni araşdırmağa başlayıb.

Baş nazirin səfəri və baş verən hadisə ilə əlaqədar şəhərdə təhlüksəsizlik tədbirləri gücləndirilib.

Sələf Xəbər: XX əsrin görkəmli İslam alimi Əbdüləziz bin Bəz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salamı olsun) həqiqi iman olmayan kəslər edə bilər!” (“Fətava ibn Baz”, 7/120)

Digər xəbərlər