Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Dənizdə üzən dəvə – VİDEO

Yanvar 08
17:33 2015

“Sələf Xəbər” alanba.com.kw- a istinadən xəbər verir ki, sosial şəbəkə istifadəçiləri dəvənin dənizin ortasında, sahildən xeyli uzaqda çox məharətlə üzdüyünü yayıblar. Sosial şəbəkə istifadəçiləri arasında dəvənin sahildən bu qədər uzaq məsafəyə üzüb getməsi təəccüb doğurub və bu video ən çox izlənilənlər sırasındadır.

Həqiqətən də, dəvə səhraya, quraqlığa yaxşı uyğunlaşanlar arasında olsa da, suda üzməsi görünməmiş hadisədir.

🎬

 Sələf Xəbər: Uca Allah buyurur: “Məgər onlar dəvənin necə yaradıldığını görmürlər?” (Qurani-Kərim, “Ğaşiyə” surəsi, 17-ci ayə)

Dəvə unikal məxluqdur. Dəvələr səhrada, quraqlıq olan isti torpaqlarda yaşamağa çox yaxşı uyğunlaşırlar.
Onlar qida, geyim mənbəyi və səhra sakinlərinin əksəriyyəti üçün nəqliyyat vasitəsidir. Onlar öz donqarlarında ağır yük və sərnişinləri daşıyaraq böyük səhranı keçməyə qadirdirlər, bununla da yük maşınlarından daha çox xeyir gətirərlər.

Digər xəbərlər