Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Diyanət İşləri Nazirliyi “Kərtənkələ” serialına münasibət bildirib

Noyabr 03
17:29 2014

“Sələf Xəbər” t24.com.tr saytına istinadən xəbər verir ki, Türkiyə Diyanət İşləri Nazirliyi, imam qiyafəsində bir oğru obrazının baş rolda olduğu “Kərtənkələ” serialı ilə bağlı açıqlama verib.

Türkiyənin ATV kanalında yayınlanan serialla bağlı verilən açıqlamanın tam mətni belədir: “Bu yaxınlarda bir televiziya kanalında yayınlanmağa başlamış bir serialda “saxta imam” obrazı ilə əks etdirilən tipajla əlaqəli olaraq Nazirliyimizə gələn çoxsaylı müraciətlərə əsasən aşağıdakı açıqlamanın verilməsini zəruri hesab edirik.

Filmdə səciyyələndirilən “saxta imam” obrazı ictimai nüfuza malik din adamlarımızı dərindən yaralayıb. Keçmişdə qaldığını düşündüyümüz bu tərz ssenarilərin cübbə, sarıq və bu kimi qiyafələrin daşıdığı dəyərlərin serialda alçaldıcı şəkildə səciyyələndirilməsini təsdiqləmək heç cürə mümkün deyil.

İmamın sosial həyatda yeri və rolu haqqında gerçəkliyi təhrif edərək ortaya çıxaran bu obraza münasibətdə başda kanal rəhbərliyi olmaq üzrə, əlaqədar orqanların lazımi həssaslığı göstərəcəyindən şübhəmiz yoxdur. Keçmişdə baş vermiş hadisələrin acı xatirəsi hələ insanların yaddaşında ikən, dini dəyərlərə hörmət istiqamətində müəyyən səviyyəyə çatmış mətbuatımızın yenidən bu səviyyədən aşağı düşməsini ən sadə sözlə diqqətsizlik və etinasızlıq kimi dəyərləndirmək istəyirik.

Bu açıqlamamızın məqsədi, bu tərz ssenarilərdə İslamın təməl əsaslarını, Peyğəmbərimizin (Allahın ona salavat və salamı olsun) və ictimai nüfuza malik şəxsiyyətlərin dəyərinin alçaldıcı tərzdə nümayiş etdirilməməsi mövzusunda bir düşüncə tərzinin meydana gəlməsidir. İctimaiyyətə hörmətlə”.

 Sələf Xəbər: Uca Allah buyurur: “Onlardan (nə üçün istehza etdiklərini) soruşsan, deyərlər: “Biz sadəcə boş-boş danışıb zarafatlaşırdıq!” De: “Allaha, Onun ayələrinə və Onun Elçisinə istehzamı edirsiniz? Üzrxahlıq etməyin! İman gətirdikdən sonra artıq kafir oldunuz”. Sizlərdən bir qismini bağışlasaq da, digərlərinə günahkar olduqlarına görə əzab verərik.” (Müqəddəs Quran, “Tövbə” surəsi, 65-66-cı ayələr).

“Allaha və Onun Elçisinə (Allahın ona salavat və salamı olsun) istehza etmək kafirlikdir və insanı İslamın ağuşundan çıxardır, çünki din – Allaha ehtirama, Onun dininə və elçilərinə hörmətlə yanaşmağa əsaslanır. Onlara rişxənd etmək İslam dininin özülünə uyğun gəlmir və ona tamamilə ziddir.” (Bax “Təfsir Əs-Saadi”).

Digər xəbərlər