Dövlət çevrilişinə cəhd Türkiyəyə 157 milyard manata başa gəlib
736 dəfə baxılıb
Bülənt Tüfəngçi: “döyüş təyyarələri, helikopterlər, silahlar, bombalar 300 milyard lirə (157 milyard manat) təşkil edir”
15 iyul Türkiyədə çevrilişə cəhd aktı ölkənin iqtisadiyyatına 300 milyard lirə (157 milyard manat) ziyan vurub.
Selefxeber.az xəbər verir ki, Oxu.Az-ın Anadolu agentliyinə istinadən məlumatına görə, bu barədə Türkiyənin ticarət və gömrük naziri Bülənt Tüfənkçi açıqlama verib.
O qeyd edib ki, iş dünyası əzmkarlıq nümayiş etdirib: “Millətə təşəkkür etmək lazımdır. Çevrilişə cəhd başqa ölkələrdə olsaydı, bazarlar bir həftədən tez açılmazdı. Türkiyədə cümə günü çevrilişə cəhd baş verdi, bazar ertəsi, banklar, birjalar, məhsul bazarları, ticarət mərkəzləri açıldı. Faizlər fövqəladə artmadı. Birja məhdud düşdü. Böyümə nisbətini və ya ixrac rəqəmlərini revize etməyə ehtiyac yoxdur. Millət möhkəm dayandı. Bazar ertəsi günündən etibarən 10 milyard dollar banka yatırdıldı. Bu da dolların normal məzənnədə qalmasına səbəb oldu”.
İlkin hesabalamalara əsasən çevriliş cəhdinin ölkə iqtisadiyyatına 300 milyard lirəyə başa gəldiyini vurğulayan Tüfəngçi deyib ki, döyüş təyyarələri, helikopterlər, silahlar, bombalar 300 milyard lirə edir: “Bəlkə az deyirəm, bu rəqəm arta da bilər. Yaxın günlərdə bütün dəymiş ziyan ortaya çıxacaq. Məsələn, xaricindən sifarişlər ləğv olundu. Adamlar Türkiyəyə gələ bilmədi. Çünki çevrilişə cəhd edənlər Türkiyəni üçüncü dünya ölkəsi səviyyəsinə saldılar. Küçələrdə tankların olduğunu, məclisin bombalandığı görəndən sonra kim bura gələr? Bütün bunların xərci yaxın zamanda hesablanacaq”.
Nazir turizm şirkətlərindən anlayış gözlədiklərini deyib: “Onlar da çətin dövr keçirirlər. Amma, bu dövrdə zadəgan duruşu sərgiləyən millətə qarşı onlardan da zadəgan bir duruş sərgiləmələrini gözləyirik. Sektor çətin vəziyyətdədir. Terror hadisələri, Rusiya böhranı, çevrilişə cəhd 1 milyon rezervasiyanı ləğv edib. Amma bundan sonra turizm sektoru da özünə gələcək”.
Sələf Xəbər: Təəssüf ki, bu gün müxtəlif növ nümayişlər, inqilablar, xaos və sairə bu kimi əməllər vasitəsi ilə haram edilmiş insan qanının tökülməsinə həsrət çəkən bir çox emosional insanlar var. Uca Allah bu vəziyyəti geniş əhatəli mənası olan ayədə belə təsvir edir: “Onlara: “Yer üzündə fəsad törətməyin!”– deyildiyi zaman: “Biz ki, ancaq xeyirxahlıq edənlərik!”– deyirlər.” (Müqəddəs Quran, “Bəqərə” surəsi, 11-ci ayə).
Orta əsrin böyük İslam alimi şeyxülislam İbn Teymiyyə (Allah ona rəhmət etsin) deyirdi: “Sünnə ardıcıllarının əksəriyyəti rəhbərlərə qarşı, hətta əgər onlar ədalətsizlik edirsə belə, üsyan etməyi və onlarla silahlı mübarizə aparmağı halal hesab etmirlər, səhih hədislər də bunu göstərir. Məsələ ondadır ki, döyüşlərin gətirib çıxaracağı fəsad və fitnənin yayılması döyüşsüz və fitnəsiz rəhbərlərin ədalətsizliyindən daha çox ziyan gətirəcəkdir. Demək olar ki, tarixə məlum olan hakimiyyət sahibinə qarşı bütün üsyanlar onlardan əvvəlki vəziyyətdən daha böyük şər ilə qayıdırdı”. (Bax “Minhəc əs-Sünnə ən-nəbəviya”, 3/390)