Dubay Yol polisindən dubayli “ avtoşlara” inanılmaz sürpriz – FOTO
1. 176 dəfə baxılıb
“Sələf Xəbər” alanba.com.kw-a istinadən xəbər verir ki, Dubay polisi “Qatil sürət” kampaniyası çərçivəsində qəribə və gözəl bir addım atıb.
Dubayın Baş Yol Polisi İdarəsinin rəisi polkovnik Seyf əl-Məzrui bildirib ki, idarə əmirlikdə sürət həddini aşanlara qarşı sürprizlər hazırlayıb. Belə ki, sürət həddini aşanları hazırlanmış dörd xüsusi çadıra apararaq inzibati xətalarına görə cərimə ödəmək və haqlarında digər icraatlar aparmaq əvəzinə onlara hədiyyələr təqdim olunub.
İdarə bundan əlavə onlar barəsində lentə alınmış bir neçə video materialları göstərərək sürət həddini aşmağın təhlükəsini və topluma olan əks təsirindən söhbət açıb.
Polkovnik bəyan edib ki, bu kampaniyanı keçirtməkdə məqsədimiz inzibati xəta törədənləri cəzalandırmaq deyil, maarifləndirmək və yol istifadəçilərinə Dubay polisinin “sənin həyatınla və digərlərinin salamatlığı ilə maraqlanmasını” ifadə edən mesajı çatdırmaqdır.
O qeyd edib ki, bu yeni addım müsbət nəticələr verərək bir çox ailələri sevindirmiş və onlar da sürücülük vəsiqəsi almaq üzrə olan övladlarını maarifləndirmişdirlər.
Bu kampaniya böyük uğur qazanıb və Baş Polis İdarəsi İki həftə ərzində on min insanı həmin çadırlara apararaq bir daha təlimatlandırıb.
Sələf Xəbər: Xatırladaq ki, polis rəhbərin nümayəndəsidir və buna görə müsəlmanlar Allaha itaətsizlik olmayan hallarda polisə tabe olmağa məcburdur. Uca Allah əmr edir: “Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan ixtiyar (əmr) sahiblərinə itaət edin!”. (Quran-Kərim, “Nisa” surəsi, 59).