Dubay rəhbəri “Terror Fitnəsi” adlı qəsidə yazdı
1. 075 dəfə baxılıb
Dubay əmirliyinin rəhbəri Şeyx Muhəmməd bin Raşid özünün tvitter hesabında “Terror Fitnəsi” adlı qəsidəsini yaymışdır.
Qəsidəni bir nüçə gün öncə Mədinə şəhərində baş vermiş terror hadisəsinə həsr etmişdir.
Qəsidədə müəllif terrora nifrətini və Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) məscidinə edilən hücuma etirazını bildirmişdir. O bütün müsəlmanları terrora qarşı ciddi mövqe tutmağa, İslamı işğalçı və təcavüzkar niyyətli insanlardan qorumağa səsləyir.
Sələf Xəbər: XX-ci əsrin görkəmli islam alimi Əbdüləziz bin Bəzz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salamı olsun) həqiqi iman olmayan kəslər edə bilər!” (“Fətava İbn Baz” 7/120).
Peyğəmbərimiz (ona Allahın salavatı və salamı olsun) demişdir: “Tezliklə, axır zamanlarda mənim ümmətimdə yaşca cavan və ağıldan zəif insanlar peyda olacaqdır. Onlar məxluqatın ən xeyirlisinin sözü ilə danışacaqlar. Onların imanı boğazlarından aşağı keçməyəcəkdir. Lakin İslamdan oxun ovlanmış şikardan çıxdığı kimi çıxacaqlar. Onlarla harada rastlaşsanız onları öldürün. Onları öldürənə Qiyamət günü Allahdan mükafat vardır”.