Dubayda hoteldə güclü yanğın olub
645 dəfə baxılıb
Dubayın “Bürc-Xəlifə” göydələninin yaxınlığında yerləşən çoxmərtəbəli hoteldə güclü yanğın baş verib.
“Sələf Xəbər” Trend-ə istinadən məlumat verir ki, bu barədə şəhərin mülki müdafiə xidməti məlumat verib.
Məlumata əsasən, yanğın 300 metr hündürlüyü olan “The Address Downtown” hotelinin 20-ci mərtəbəsindən başlayıb və alov binanın böyük hissəsini əhatə edib.
Yanğın nəticəsində 14 nəfər yüngül xəsarətlər alıb. Yanğının səbəbi barədə isə məlumat verilməyib.
Hal-hazırda yanğın baş vermiş sahənin 90 faizi artıq söndürülüb.
Sələf Xəbər: Uca Allah buyurur: “İnsanların öz əlləri ilə etdiyi əməllərinin nəticəsi olaraq quruda və dənizdə fəsad törəyir ki, (Allah) onlara, etdiklərinin bir qismini daddırsın. Bəlkə, onlar (haqqa) qayıdalar”. (Qurani-Kərim, “Rum” surəsi, 41-ci ayə)
“Bəlalar, məhrumiyyətlər, xəstəliklər, epidemiyalar və bir çox başqa fəlakətlər insanların başına, onların öz törətdikləri cinayətləri sayəsində gəlir. Allahın insanlarla belə davranması, onların günahlarının cəzasız qalmayacağını və bu bədbəxtliklərin bu dünya həyatında cəzanın yalnız bir hissəsi olduğunu anlamaları üçündür. Belə olduqda, onlar bəlkə də, onlara bu qədər zərər vurmuş əməllərdən əl çəkərlər, özlərini doğruldub, düz yola gələrlər. Pak və Müqəddəs Allah, hətta sınaq və cəza nazil edəndə də, mərhəmətini və rəhmini nümayiş etdirir. Əgər Onun İlahi rəhmi olmasaydı, onda O (Pak və Müqəddəs Olan), bütün məxluqlarından layiq olduqları qisası alardı və yer üzündə bir canlı məxluq belə qoymazdı”. (Bax: “Təfsir Əs-Saadi”)