Dubayda maraqlı ofis qülləsi inşa edilib – FOTO
İyun 25
16:07
2015
747 dəfə baxılıb
Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində maraqlı bir layihə həyata keçirilib.
“Sələf Xəbər” AZƏRTAC-a istinadən xəbər verir ki, “Reiser + Umemoto” memarlıq şirkətinin layihəsi ilə tikilən “O-14” ofis binası insan zəkasının çox şeyə qadir olduğunu sübut edir.
Ofis binası 22 mərtəbəli olmaqla tamamilə betondan inşa edilib, sütunlardan istifadə olunmayıb. Memarların bu mühəndis həlli otaqların daha geniş olmasına şərait yaradıb. Bu isə binada ofis almaq istəyən şirkətlərə dizayn baxımından böyük imkanlar açır.
Qüllənin fasadı müxtəlif ölçülü naxışlarla bəzədilib ki, onların da arasından otaqlara günəş şüası düşür. Binanın sahəsi 31400 kvadratmetrdir.
Sələf Xəbər: Uca Allah buyurur: “(Ey insanlar!) Məgər Allahın göylərdə və yerdə olanları (günəşi, ayı, ulduzları və buludları, meyvələri, bitkiləri, dənizləri, çayları və gölləri) sizə ram etdiyini (sizin istifadənizə verdiyini), aşkar (görmə, eşitmə, sağlamlıq) və gizli (əql, şüur, fəhm, elm və i. a.) nemətləri sizə bolluca ehsan etdiyini görmürsünüzmü?” (Qurani-Kərim, “Loğman” surəsi, 20-ci ayə)