Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Dubayda pul qabınız yerə düşsə, nə baş verər? – VİDEO

Yanvar 20
16:17 2015

“Sələf Xəbər” Bizimyol.info-ya istinadən xəbər verir ki, İngiltərədə maraqlı təcrübə keçirmək qərarına gəliblər.

Belə ki, özünü turist kimi təqdim edən gənc britaniyalı Dubayda pul qabını bilərəkdən yerə salıb. Bu təcrübənin keçirilməsində əsas məqsəd yerli əhalinin reaksiyasını öyrənməkdir.

Nəticə isə hər kəsi şoka salıb. 45 dəfə Dubayın müxtəlif yerlərində təcrübə aparan “turistin” pul qabı hər dəfə özünə qaytarılıb. Maraqlısı odur ki, əhalinin bütün təbəqə nümayəndələri eyni cür davranıblar.

Bütün dünyanın haqqında danışdığı videonu sizlərə təqdim edirik:

🎬

 Sələf Xəbər: Uca Allah buyurur: “Mömin olaraq yaxşı iş görən kişi və qadınlara, əlbəttə, gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq.” (Qurani-Kərim, “Nəhl” surəsi, 97-cİ ayə)

“Xeyirxah əməllərin qəbul olunmasının zəruri şərti düzgün imandır. Bundan başqa, xeyirxah əməllər – sahibi düzgün baxışlara etiqad edilmədikcə, xeyirxah adlandırıla bilməz. Belə baxışlara aid olanlar – qeybə qəti imandır ki, mömini fərz və könüllü xeyirxah əməllər icra etməyə yönəldir. Əgər insan özündə iman və saleh əməlləri birləşdirə bilirsə, onda Allah ona mütləq gözəl həyat bəxş edir. Belə insan ruhi rahatlıq, inam əldə edir və ruhuna ziyan vura biləcək hərəkətlərə yol vermir. Uca Allah isə onun heç gözləmədiyi bir yerdən ona pak ruzi əta edir. O, dünya həyatından ayrıldıqda, Allah onu nəzərlərin görmədiyi, qulaqların barəsində eşitmədiyi və hətta insanın heç xəyalına belə gətirmədiyi hər cür nemətlərlə təmin edir. Allah onu həm bu dünyada və həm də ölümündən sonra gözəl bir tərzdə mükafatla təltif edir.” (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər